1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:12.10.2017 15:43:05

Bir qrup gəncin təşəbbüsü ilə şəhid Əbdülməcid Axundovun, Şülan Bayramovun, Seymur Baxışovun, Rəşid Baxşəliyevin və digərlərinin plakatları hazırlanaraq yaşadıqları evin qarşısında asılmışdı.

Bu addım ictimaiyyət tərəfindən müsbət qarşılansa da, şəhid ailələrinin sevinci uzun sürməyib.

İslaminSesi xəbər verir ki, Sumqayıt sakinlərinin sabahı xeyirə açılmayıb. Belə ki, insanlar bir neçə gündür yuxudan oyanıb küçəyə çıxarkən ilk qarşılaşdıqları və qürur duyduqları şəhidlərin plakatlarını sökülb kənara atılmış vəziyyətdə görüblər. Aprel şəhidlərindən olan Əbdülməcid Axundov və Şülan Bayramovun plakatları artıq ərazidən götürülüb.

Vətən uğrunda canını fəda edən şəhidlərə qarşı sərgilənən bu münasibət həm ictimaiyyətin, həm də onların ailələrinin hiddətinə səbəb olub.

Şəhid anaları hətta özlərini yandıracaqlarını, bu laqeyd münasibətə dözə bilməyəcəklərini deyiblər.

Şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova bildirib ki, xəbəri eşidəndən məhv olublar: “ Bu hadisə mənə oğlumun şəhid olduğu haqda xəbəri alarkən keçirdiyim hissləri təkrar yaşatdı. Bu plakatları sökənlər yaşadığımız sevinc hissini yox etdilər”.

Qeyd edək ki, plakatların dəqiq kim tərəfindən söküldüyü açıqlanmasa da, bu işin Sumqayıt Şəhər İcra Hakimiyyəti rəhbərliyinin göstərişi ilə həyata keçirildiyi güman olunur.


Sumqayıtda şəhidlərə hörmətsizlik - Gecə ilə plakatları söküldü

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ