EURO 1,9941 NEFT 62,35
USD 1,7002 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.07.2017 11:21:00

Sumqayıtda məhəllələrinin birində mənzilin tavanı uçub.

İslamazeri.com-un Xeberle.com-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin 5-ci məhəlləsində ev15/32-də Pərviz Ələsgərova məxsus mənzil 15-də baş verib. Mənzilin mətbəxinin tavanı uçaraq yerə tökülüb, bəzi məişət avadanlıqları sıradan çıxıb. Xoşbəxtlikdən hadisə zamanı mənzildə heç kim olmayıb, xəsarət alan yoxdur. Hadisənin baş verdiyi mənzildə 4 nəfər yaşayır. Ələsgərovlar ailəsi təhlükə altındadır. Səbəb isə məlum hadisədir. Deyirlər ki, burada uçquna səbəb binanın qəzalı olmasıdır. Mənzil isə bu yaxınlarda təmir olunub.
P. Ələsgərov deyir ki, bina ötən əsrin 60-ci illərində inşa olunub, son zamanlar binada çatlar əmələ gəlib və sakinlər üçün təhlükə yaranıb.
Ümidvarıq ki, aidiyyatı qurumlar sözügedən binada yaşanan vəziyyətlə bağlı müvafiq addımlar atacaqlar.
Yeri gəlmişkən qeyd edək ki, ARB24 TV binada yaranan vəziyyətlə bağlı reportaj da hazırlayıb.


Sumqayıtda mənzilin tavanı uçdu: binada qəzalı vəziyyət yaranıb - VİDEO - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda zavodda partlayış: Ölən və xəsarət alan var
    Bakıda zavodda partlayış olub.
     20.11.2017
    Terrorçular təslim oldu, aralarında azərbaycanlı azyaşlı da var... VİDEO
    Azərbaycanlı azyaşlı İŞİD-çinin də aralarında olduğu onlarla terrorçu təslim olub
     20.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ