EURO 1,9848 NEFT 78,79
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:09.03.2018 11:56:02

Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi Səmədov saxlanılıb.

Onun üzərində hal şahidlərinin iştirakı ilə axtarış keçirilən zaman 2 qram heroin aşkar edilib. Axtarış tədbirlərinin davamı olaraq V.Səmədovun yaşadığı evə baxış keçirilən zaman gizlətdiyi 3 kiloqram 30 qram heroin və 4 kiloqram 20 qram marixuana aşkar olunub.

Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.


Sumqayıtda əməliyyat: 7 kq heroin və marixuana aşkarlandı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zərif: İdlibdə müharibəyə diplomatiya mane olur
    Zərif bunu edənin diplomatiya olduğunu vurğulayıb.
     19.09.2018
    Azərbaycan yollarında İLK DƏFƏ - 3D formatlı piyada zolağı - VİDEO
    Azərbaycanda ilk dəfə olaraq avtomobil yollarında 3D formatlı piyada zolağı çəkilib.
     19.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ