1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:06.05.2017 17:17:54

Azərbaycanda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyandan istifadənin də yasaqlanması təklif edilir

Azərbaycanda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyandan istifadənin də yasaqlanması təklif edilir. Bu qadağanın daha da sərtləşdirilərək-ümumilikdə ölkəmizdə sulu qəlyanın tamamilə qadağan edilməsi planlaşdırılır.

Bəs bu qadağa istifadəçilərinin əksəriyyəti gənclər olan kütləni qəlyandan məhrum etməklə yanaşı özü ilə hansı problemlər gətirəcək? Nəzərə alsaq ki, təkcə paytaxt Bakıda yüzlərlə çay evi və restoranın əsas gəlir mənbəyini məhz sulu qəlyandan əldə edir onda qadağanın nə qədər ciddi fəsadlar doğuracağını anlamış olarıq. İndi məsələnin iqtisadi tərəflərinin mənzərəsini rəqəmlərlə ifadə edərək yaratmağa çalışacağıq.  

Baku.ws-in apardığı kiçik araşdırmaya görə Bakı şəhərində təxminən 1000-dən bir qədər çox müştərilərinə sulu qəlyan təklif edən obyekt fəaliyyət göstərir. Bu məkanlarda ortalama hesabla götürdükdə qəlyan xidməti göstərən 3 işçi var. Qəlyanı qadağan etməklə təxminən 3 min işçini itirmiş oluruq. Bu işçilərin hər birinin ən az 3 nəfərdən ibarət ailəyə çörəkpulu apardığını nəzərə alsaq onda tək paytaxtda 9 min insanın maddi vəziyyəti gərginləşmiş olacaq. Bu siyahıya ölkəmizə qəlyan çatdıran şirkətlərin işsiz qalan əməkdaşlarını da əlavə etsək ortaya daha ciddi rəqəmlər çıxır.

Onu da vurğulmaq lazımdır ki, Bakıda fəaliyyət göstərən çay evi və restoranların gəlir mənbəyinin 60%-ni sulu qəlyandan əldə edir. Bu qadağanın qüvvəyə minməsi obyektlərinin 50%-nin bağlanması ilə nəticələnə bilər. Təqribi hər restoranda 20-yə yaxın işçinin çalışdığını nəzərə alsaq 1000 obyektin yarısının bağlanması ilə 10 min insan işsiz qalır. Hər ailəni orta hesabla 3 nəfərdən hesablasaq, bu da 30 min nəfərin çörəksiz qalması anlamına gəlir. 

Sulu qəlyanın qapalı məkanlarda qadağan edilməsi əksər obyekt sahiblərinə yetərincə ziyan vuracaq. Çünki, əksər çay evlərinin və restoranlarını müştərilərinə sulu qəlyan təklif edəcək terrası yoxdur.

Sulu qəlyan biznesinin bu qədər sıxışdırılması ölkəmizə siqaret gətirən şirkətlərin sulu qəlyana qarşı bir "sıxışdırma” kampaniyası da adlandırsaq daha doğru olar. Belə ki, sulu qəlyanın dünyada tütün məhsulları bazarına ümumilikdə 2016-cı ildə 16 milyard dollar ziyan vurduğu çoxlarına məlumdur.

Bu mənzərə bir vaxtlar Azərbaycanda qapadılan "Excahange”lər əhvalatını xatırladır. Qısa bir müddət ərzində valyutadəyişmə məntəqələrinin qapadılması ölkəmizdə 2 mindən çox insanın işsiz qalması ilə nəticələnmişdi. Bundan başqa dövlət büdcəsi valyutadəyişmə məntəqələrindən gələn gəlirlərdən də məhrum edilmişdi. Bu qərarın nə qədər yanlış olması özünü bir müddət əvvəl Milli Məclisdə "Excahange”lərin yenidən bərpa edilməsi məsələsinin gündəmə çıxarılması ilə bir daha sübut etdi.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev sulu qəlyanın daha təhlükəli və gənclərdə alışqanlıq yaradan pis vərdiş olduğunu bildirərək qapall məkanlarda çəkilməsinin qadağan edən çıxış etmişdi.

Siqaret çəkməyin də insan sağlamlığı üçün təhlükə doğurduğu halda istifadəsinə və satışına heç bir qadağa tətbiq edilmirsə sulu qəlyana eyni dərəcədə məhdudiyət qoyulması daha ədalətli olardı. Çünki hər bir vətəndaş öz sağlamlığının qeydinə özü qalmalıdır.

İnsanların sağlamlığını düşünərək minlərlə insanı işsiz, ailənin isə güzəranını ağırlaşdırmaq heç də uğurlu çıxış yolu deyil. Çünki siqaretdən və ya sulu qəlyandan istifadə hər kəsin şəxsi seçimidir. Bu seçimə zorla müdaxilə də yolverilməzdir. 

Aparılan sorğuya əsasən qeyd edə bilərik ki, ölkəmizə axın edən turistlərin qəlyana olan marağını nəzərə alsaq qadağanın Ərəb ölkələri və İrandan gələn turist sayına ciddi təsir göstərə bilər. Sulu qəlyanı qadağan etməklə Gürcüstan, Türkiyə kimi rəqabətdə olduğumuz turizm ölkələrinə uduza bilərik. Azərbaycanda sulu qəlyanın qadağan edildiyini eşidən ərəb və ya İran turistləri Gürcüstan, Türkiyəni seçəcəklər. Bu qadağa Novruz bayramında İrandan çox sayda turist qəbul edən Ermənistan üçün də göydəndüşmə olacaq. Kafe və restoranlarda sulu qəlyan verməklə Ermənistan bizim itirdiyimiz müsəlman turistləri qəbul edəcəklər. Nəticədə bir yanlışla Azərbaycan ölkəyə axacaq milyonlarla dollardan məhrum ola bilər. Halbuki, neftin qiymətinin düşməsi fonunda Azərbaycan turizmdən çoxlu gəlir qazana bilərdi. Dövlət başçısı İlham Əliyev də çıxışlarında dəfələrlə Azərbaycanın qeyri-neft sektorunda turizmin önəmini xüsusi vurğulayıb.Son dövrlər turizm sahəsində böyük uğurlar da qazanmışıq. Ancaq sulu qəlyanı qadağan etməklə çətinliklə əldə etdiklərimizi bir anda itirə bilərik. Bu isə bizə qətiyyən lazım deyil.

Qaynar.Az


Sulu qəlyan qadağasına görə 30 min insan işsiz qala bilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • UEFA “Qarabağ”ın kapitanından şikayətlə bağlı qərar verdi
    Məlumata görə, etiraz məktubu əlavə əsaslandırma göstərilmədən rədd edilib.
     17.08.2017
    KİV: Telman İsmayılovun ən bahalı hoteli bağlanacaq
    “Hotel işləyir. Müəyyən problemlərimiz var, bəzi işçilərimizlə vidalaşmalı olmuşuq. Lakin hazırda burada 670 əməkdaş çalışır. Biz bağlanmayacağıq”.
     17.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ