1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:28.01.2020 14:46:01

Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İranda əməliyyatlarına rəhbərlik edən Maykl D'Andrea ABŞ təyyarəsinin Əfqanıstanda vurulması zamanı həlak olub

Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İranda əməliyyatlarına rəhbərlik edən Maykl D'Andrea ABŞ təyyarəsinin Əfqanıstanda vurulması zamanı  həlak olub.

Bu barədə İslamazeri.com Sputnik-ə istinadən xəbər verir.

MKİ-nin mobil bazası hesab edilən təyyarənin "Taliban" tərəfindən vurulduğu bildirilir. Məlumatda həmçinin qeyd olunur ki, Amerikanın ən təkmil casus platforması və mobil komanda mərkəzi bütün təchizatları və sənədləri ilə birgə "Taliban"ın əlinə keçib.

"Ayətullah Mayk" və Qara Şahzadə ləqəbləri ilə də tanınan Maykl D'Andreanın da Əfqanıstanın Qəni şəhərində vurulan təyyarədə olduğu bildirilir.

"Ayətullah Mayk" ABŞ MKİ-nin Yaxın Şərq regionunda ən tanınmış siması hesab olunur.

D'Andrea İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymaninin öldürülməsinə görə də məsuliyyət daşıyıb.

Bundan əlavə, De Andrea Əl-Qaidə terror təşkilatının rəhbəri Usama Bin Ladenin zərərsizləşdirilməsi zamanı dronlarla bağlı proqramına rəhbərlik edib.

MKİ rəsmisi eyni zamanda regionda İranın nüfuzunu və şiə təsirini azaltmaq üçün İran və İraqda etiraz aksiyalarına fəal dəstək verib.

Hələlik rəsmi Vaşinqton təyyarə qəzası nəticəsində Maykl D'Andreanın ölməsinə dair yayılan məlumatları nə təkzib, nə də təsdiq edir.

Taliban-ın sözçüsü Zəbiullah Mucahid amerikalı terrorçuların Qəzney vilayətində qəzaya uğramasına işarə edərək bildirib ki, amerikalı qəsbkarların bir ədəd təyyarəsi Qəzney vilayətində qəzaya uğrayıb və Amerikanın casusluq təşkilatının çoxlu sayda zabiti ölübdür. Bəzi mənbələr yüz amerikalı hərbçinin ölməsindən xəbər veriblər. Onun sözlərinə görə, dünən axşam Qəzney vilayətinin “Dəh Yek” rayonunun “Səduxil” bölgəsində kəşfiyyat tapşırığı yerinə yetirən bir ədəd amerikan təyyarə qəzaya uğrayıb. Taliban-ın açıqlamasına əsasən, bu təyyarə həmin qrup tərəfindən vurulub.


Süleymaninin sui-qəsdində adı hallanan Maykl D'Andrea CİA əməkdaşları ilə birlikdə öldürüldü

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyədə 786 nəfər koronavirusdan sağalıb
    Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 501-ə çatıb
     05.04.2020
    DSX: Düşmən təxribatı cavab atəşilə susduruldu
    Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən təx­ribatları davam edir.
     05.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ