EURO 1,8691 NEFT 51,35
USD 1,7201 RUB 0,0303
  1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:07.02.2017 02:57:36

Son günlər sosial şəbəkələrdə Qum tələbələrindən birinin özünü Şüeyb İbni Saleh elan etməsi və bəzi iradları müzakirə mövzusu olub

Son günlər sosial şəbəkələrdə Qum tələbələrindən birinin özünü Şüeyb İbni Saleh elan etməsi və bəzi iradları müzakirə mövzusu olub.

İlk öncə onun kimliyini bilmədən adi şəxsin iddiaya düşdüyünü zənn etdim. Lakin youtubedə yayıldığı audioları (əgər onun səsidirsə) dinlədikdə bu məsələnin düşündüyümüzdən daha ciddi məsələ olduğunu anladım.

Şüeyb İbni Saleh haqda...

Şüeyb İbni Saleh rəvayətlərə görə, İmam Məhdinin zühurundan öncə zühur edən şəxsdir ki, bu şəxslə Xorasanlı seyidin yaxın əlaqəsi rəvayətlərdə qeyd olunur.

Hədislərə görə, o Rey şəhəri (İran) və ya Səmərqənddən olacaq və Təmim adlı qəbilədəndir.

Videoda müzakirə olunanların hamısı haqda araşdırma və ya müdafiə etməyə vaxtım olmadığına görə bu məsələlərə qısa toxunub bir məsələni xüsusilə diqqətinizə çatdıracam.

Bir  şəxs (özünü dolayısı yollarla Şüeyb ibni Saleh olduğunu iddia edən) uzun illər İranın Qum mədrəsəsində oxuyub və bir müddət onun Azərbaycana gəlişində problem olub. Problemin İran və ya Azərbaycan tərəfindən olmasını bilməsəmdə, sonda o bir yolla öz vətəninə döndünüyünü eşitmişdim. Onunla söhbətim də olub. Tələbələr onun elmli olduğunu təsdiq edirlər və mən sadəcə bəzi mollalarla problemi olduğunu söhbətlərindən duymuşdum (Abbasi adlı mədrəsə müəllimilə problemi olduğunu).

İradlar...(bəzisi)

Bu şəxsin iradlarından biri budur ki, tələbələrin bəzisi uzun illərdir İmam Zaman pulu yeyirlər və geri dönmək fikirləri yoxdur. Bu məsələdə deyimki, bunu bəziləri haqda istisna etmirəm amma niyyətlə bağlı məsələləri məsum şəxs bildiyindən onların niyyətlərini rahat açıqlaması (şəhriyələrin kəsilməsindən qorxma) ittihamdır və hər kəsə aid etməsi ən azı insafdan deyil.

Xumsun yığılması məsələsi isə - bu şiə tarixində yenilik deyil, müctehidlər hamısı xums yığmış və İslama xərcləmişlər. Yenədə kiminsə oğlunun nəsə oyun çıxarması mərcei təqlidə aid edilə bilməz, çünki peyğəmbərlərin övladları bəzən onun Əhlibeytindən olmayıblar.

Mənim toxunmaq istədyim və israrla isbatını istədiyim məsələ bu şəxsin Ayətullah Sistani haqqında “Şeysbani” kəlməsini işlətməsidir. Səs yazınızda deyirsizki, “o qan tökməyəcək”. Amma aşağıdakı hədis belə demir.

Şeysbani kimdir?

Biharul Ənvarın 52-ci cildinin 250-ci səhifəsində Cabir Cofidən nəql olunan bir hədis var. Deyilir ki, Əbu Cəfər İmam Sadiqdən Süfyani barəsində soruşduqda o həzrət belə cavab verir: “Süfyani yalnız o zaman xüruc edər ki, ondan əvvəl Şeysbani İraqda xüruc etsin. O, suyun qaynadığı kimi yer üzündə qaynayar və sizin göndərdiyiniz elçiləri qətlə yetirər. Bundan sonra Süfyaninin xürucunun və Məhdinin (ə.f) zühurunun intizarında olun”.

Yenə Biharul Ənvarın 52-ci cildinin 205-ci səhifəsində İmam Əlidən (ə) belə bir rəvayət var: “O (Şeysbani) Süfyaninin övladlarındandır. Əmin-aman bölgəyə girib oranın minbərinə yaslanacaq”.

Şeysbani haqqında rəvayətlərin elə də çox olmadığı, seyid və ya Əhlibeytə yaxın olma ehtimalı sıfır olduğu halda sizin Ayətullah Sistaniyə “Şeysbani” deyə müraciət etməyiniz nə qədər ağlabatandır?

Axı Xorasani dediyiniz şəxs özü niyə bu məsələləri qabartmır, əksinə İslam vəhdətinə önəm verir? Hətta Əhlisünnə ilə vəhdətə önəm verən və adını Xorasani qoyduğun Ayətullah Xamenei Əhlisünnənin müqəddəs və ya lider saydığı şəxsləri təhqir etməyi qadağan etdiyi halda, siz,  Ayətullah Sistanini “Şeysbani” adlandıraraq avtomatik Əhlisünnəni də təhqir etməyiniz (Ömərlə sənin nə fərqin var deməyin) nə dərəcədə İlahi vəzifədir?

Deyirsizki, onun nümayəndələri, müqəllidlərini tanıyırsızki  deyirlər (guya) Ayətullah Xameneini, inqilabı tanımırlar. Məndə sizə deyirəmki, mən onun nümayəndəsindən inqilab haqda özüm eşitmişəm. Birini isə videofakt kimi təqdim edirəm, burada Ayətullah Sistaninin nümayəndəsinin (iddia etdiyiniz) “tanımadığı” dini lider haqda Ayətullah Sistaninin salamını çatdırması və  Ayətullah Xameneinin Ayətullah Sistani haqda sözləri əks olunub.

Əgər belə sübutlarınız varsa buyurun, bu məsələyə inanınki bir saat belə vaxt ayrımadım.

Səs yazınızda deyirsiz ki, Şüeyb İbni Saleh mən olmasam tövbə edərəm Allah da mənim günahımdan keçər; Böyük iddia etməmişəmki. Əgər Şüeyb İbni Saleh mən olsam siz nə edəcəksiz?

Əvvəla sizin məsələniz tövbə ilə bitən deyil, bu qədər müqəllidlərdən halallıq almalısız çünki müctehidlərini təhqir etmisiz, daha çox halallığı isə  sizə beyət edənlərdən almalısız, çünki onlar sizə inanıb. Əlbəttə birdə sizi müzakirə edərkən bir-birinə qəlbində kin yaranan möminlərdən halallıq almalı olacaqsınız.

Allahdan sizə kömək olmasını diləyir və qardaşlar arasında fitnəyə səbəb olmamağa çağırıram.

P.S. Sizi tanıyıram və həqiqətən qulağımla audio səsi eşitməsəm idi, deyilənlərə inanmazdım. Gördüyünüz kimi sizin adınızı çəkmədim, ona görə yox ki, siz və ya sizə inananlardan qorxdum, ona görə ki, siz Qum tələbəsi olmusuz və sizi ruhani kimi tanıyırdım...

Ramin Bayramov


"Şüeyb ibn Saleh" məsələsinə qeydlərim

Şərhlər

Bu məlumat şərh yazmaq üçün bağlıdır.

Husilər Səud şəhərlərini ballistik raketləri ilə atəşə tutdu
Yəmənin "Ənsarullah" hərəkatı Səud şəhərlərini ballistik raketlərlə atəşə tutdu.
 28.03.2017
Vəkil satirik şairlə görüşüb:
Vəkil Elçin Sadıqov satirik şair Tofiq Həsənli ilə görüşüb.
 28.03.2017

Xəbər lenti

Redaktorun seçimi

Çox Oxunanlar

  • GÜN
  • HƏFTƏLİK
  • AYLIQ