EURO 1,9162 TRY 0,2968
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. İnfo

Kateqoriya : İnfo

Yayınlanma tarixi:16.02.2019 17:06:28

Dünya coğrafiyasında heç bir okeanla əlaqəsi olmadığına görə Xəzəri göl adlandırırlar.

Azərbaycan Xəzər dənizinin sahilində yerləşir. Xəzər dənizinin tarixdə bir çox adı olub. Dünya coğrafiyasında heç bir okeanla əlaqəsi olmadığına görə Xəzəri göl adlandırırlar.

“Ölkə.Az” bu gün oxucularında doğma Xəzərimizlə bağlı maraqlı faktları çatdırır.

Xəzər dənizi Dünya okeanı ilə əlaqəsi olmadığı üçün böyük göldür. Amma ölçüsünə görə bir çox dənizdən böyük olduğu üçün istisna olaraq dəniz adlandırılır.

Xəzər dənizində suyun duzluluq miqdarı Dünya okeanından üç dəfə azdır. Buna səbəb isə, Xəzərə tökülən yüzdən çox çay ilə izah edilir. Təbii ki, Xəzəri ən çox şirin su ilə Volqa çayı təmin edir. Dənizin 80 % şirin suyunu məhz bu çay təmin edir.

Xəzər dənizinin ümumi sahəsi 370 min kvadrat kilometrdir. Bu, Zimbabve, Almaniya və Yaponiya kimi ölkələrin sahəsinə bərabərdir.

Xəzər dənizi 5 ölkənin-Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İranın sahillərini yuyur. Bütün tarix boyu ərazidə bir sıra müxtəlif xalqlar yaşayıb. Bu gün 70-ə yaxın ərazi adı Xəzər dənizi ilə əlaqəlidir: Xvalınsk, Dərbənd, Xəzər, Girkan və s.

Xəzərin əsas zənginliklərindən biri də balıqdır. Bu dənizdə dünyanın nərə balıq ehtiyatının 80%-i yaşayır. Elə bu səbəbdən də qanunsuz balıq ovu və kürü istehsalı inkişaf edib. Nərə balıqlarının nəslini artırmaq beynəlxalq məsələyə çevrilib. Hazırda bu məsələ Xəzər akvatoriyasına daxil olan dövlətlər səviyyəsində həll edilir.

1922-ci ilin 11 may tarixində Volqanın Xəzərə tökülən hissəsində çəkisi 1224 kq olan bölgə balığı tutuldu. Onun qarnından 146 kq kürü çıxdı. Balığın başı 288 kq idi.

1968-ci ildə Mahaçqala şəhəri yaxınlığında, Xəzər dənizi sahilində “Səhranın bəyaz günəşi” filminin çəkilişləri gedib.

Dəfinə axtaranların fikrinə görə, Xəzərin dibində külli miqdarda sərvət var. Tufan və digər təbii fəlakətlər səbəbindən bahalı yükü olan çoxlu gəmi bu dənizdə batıb.

Xəzərin neft ehtiyatları da çox zəngindir. Bu dənizdə 10 milyard ton neft olduğu deyilir. İlk neft buruğu Abşeron yarımadasında olub. 1949-cu ildən isə dənizin dibindən neft çıxarılır.

Ötən əsrin 50-ci illərində Stalin maraqlı ideya irəli sürdü: Xəzər dənizini qurudub neft istismarını artırmaq. Volqa çayının məcrasını Şimali Qazaxıstana yönəltmək planı var idi. Sovet hidroloqları çətinliklə də olsa, Stalini bu fikirdən daşındıra bildilər. Çünki bu layihə iqlim faciəsi ilə nəticələnə bilərdi. Onlar sübut etdilər ki, bütün çayların məcrasını da dəyişsələr, dənizdəki suyu çəkmək mümkün deyil.


Stalinin qurutmaq istədiyi Xəzər dənizi haqqında - MARAQLI FAKTLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Traktor” FK-nın türk baş məşqçisi hədəfini açıqlayıb
    İranın Super Liqa komandası "Traktor" FK-nın türk baş məşqçisi Mustafa Dənizli komandası üçün düşündüyü hədəflərini açıqlayıb.
     15.07.2019
    Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
    Beynəlxalq Bankla bağlı mənimsəmələrdə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun gəlini Leyla Mahmudovanın da adı hallanır.
     15.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ