EURO 1,9097 TRY 0,2896
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:31.05.2019 18:07:28

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən bildirilib.

Son günlər ölkənin Quba-Xaçmaz, Şəki-Zaqatala bölgələrində, həmçinin Bakıda və Abşeron yarımadasında yayılmış kəpənəklərin heç bir zərəri yoxdur və əksinə, kənd təsərrüfatı üçün faydalı hesab olunur.Bu həşəratlar kənd təsərrüfatında bioloji mübarizə vasitələrindən hesab olunur.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən bildirilib.

Məlumata görə, şeytanqaqalı kəpənəyi adlandırılan və elmi adı Vanessa cardui olan bu kəpənəklərin bolluğu biomüxtəlifliyin zənginliyi, çiçəkli bitkilərin tozlanması, quşlar üçün isə yem ehtiyatıdır. Faydalı fitofaq olmaqla, əkin sahələri üçün təhlükəli alaq otu hesab edilən qanqalın başlıca növlərinə qarşı bioloji mübarizə vasitəsidir.

Şeytanqanqalı kəpənəyi alaq oltlarında - qanqal, gicitkən, dəvətikanı, türpəng kimi bitkilərdə tırtıl qoyaraq çoxalır və həmin bitkilərlə qidalanır. Aprel-may aylarında ölkədə aparılmış monitorinqlər nəticəsində bu il taxıl və digər əkin sahələrində şeytanqanqalı kəpənəyi tırtılı yayılmış həmin alaq otlarının zəif inkişaf etdiyi müşahidə edilib.

Şeytanqanqalı kəpənəyi ən çox Yaponiyada geniş yayılıb. Bəzi illərdə Rusiyada, Ukraynada, Belarusiyada, Moldovada, Zaqafqaziya və Qazaxıstanda çox təsadüf edilir. Türkiyənin bütün bölgələrində rastlanır. Kütləvi çoxaldığı illərdə birinci nəslin kəpənəklərinin aktiv miqrasiya etmək xüsusiyyətləri var. Kəpənəklərin may ayından oktyabr ayına qədər uçuşları müşahidə edilir. Yaz fəslində kəpənəklərin uçuşu cənubdan şimala, payızda isə şimaldan cənuba doğru istiqamətlənir. Azərbaycanda yayılma səbəbi də məhz bu miqrasiya yolunun üzərində olmasıdır", - deyəməlumatda qeyd edilib.


Son günlər ölkədə yayılmış kəpənəklər barədə Nazirlikdən AÇIQLAMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərdoğandan Makrona sərt reaksiya: Sən kimsən ki?!
    Türkiyə prezidneti Fransa prezidentinin sözlərinə reaksiya verib.
     18.06.2019
    İran meydan oxudu: Əgər istəsək, bir addım belə atıla bilməz!
    “ABŞ nüvə sazişindən çıxmaqla öz düşmənliyini daha da artırıb”
     18.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ