EURO 2,0865 NEFT 65,31
USD 1,7001 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:31.01.2018 14:05:15

Rusiyanın Soçi şəhərində keçirilən Suriya Milli Dialoq Konqresi çərşənbə axşamı gecə bir bəyanatın oxunması ilə öz işinə yekun vurub.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Rusiyanın Soçi şəhərində keçirilən Suriya Milli Dialoq Konqresi çərşənbə axşamı gecə bir bəyanatın oxunması ilə öz işinə yekun vurub.

Bəyanatda Suriyanın ərazi bütövlüyü və milli hakimiyyəti vurğulanaraq deyilir: "Suriya xalqı demokratik vasitələrə əsasən və səsvermə yolu vasitəsi ilə bu ölkənin gələcəyini təyin edəcək yeganə tərəfdir. Suriya ordusu qorunmalıdır ki, ölkənin konstitusiyasına əsasən öz vəzifələrini yerinə yetirsin, o cümlədən sərhədlər və xalqı bütün xarici təhdidlərdən qorumaq üçün addım atsın." 

Bəyanatda həmçinin, BMT-nin nəzarəti və Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə əsasən Suriya böhranının diplomatik həllinə kömək edən konstitusiyada islahatların aparılması məqsədilə Suriya dövləti və müxalifətin nümayəndələrinin iştirakı ilə Konstitusiyanın Tənzimlənməsi Komitəsinin təşkil olunması vurğulanıb. 

Suriya Milli Dialoq Konqresi 29-30 yanvarda Rusiyanın Soçi liman şəhərində keçirilib. Suriya Milli Dialoq Konqresinin keçirilməsi üzrə razılıq İran İslam Respublikası, Rusiya və Türkiyə prezidentlərinin 2017-ci il noyabr ayındakı üçtərəfli zirvə toplantısında əldə olunub. 


Soçidə keçirilən Suriya Milli Dialoq Konqresində Suriyanın ərazi bütövlüyü vurğulandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Bakıya gəlib
    İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkman Bakıya gəlib
     22.02.2018
    Azərbaycanda 20 mindən çox alkoqolik var
    Azərbaycanda yeni qeydiyyata götürülən alkoqoliklərin sayı artıb.
     22.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ