1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:30.08.2019 22:19:41

Bəzi işbazlar vətəndaşları aldatma yolu ilə pul alaraq yalandan SOCAR-a işə düzəldəcəkləri ilə bağlı əhaliyə bir daha xəbərdarlıq edib.

Bəzi işbazlar vətəndaşları aldatma yolu ilə pul alaraq yalandan SOCAR-a işə düzəldəcəkləri ilə bağlı əhaliyə bir daha xəbərdarlıq edib.

Oxu24.com xəbər verir ki, bu barədə SOCAR İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli öz "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, müəyyən şəxslər SOCAR adı ilə saxta saytlar açaraq, insanları guya SOCAR-da işə düzəldəcəklərinə söz verir və bu adla pul yığırlar. Nəticədə isə insanlar aldanır.

“Anlatmaqdan yorulduq ki, aldanmayın. Aldanılmaq davam edir. Yenə vətəndaşlar gəlir ki, bəs biz sənəd vermişik və müsabiqə mərhələlərindən keçmişik, hələ ödəniş də etmişik, özü də bank yolu ilə pulumuzu köçürmüşük. Sonra isə məlum olur ki, insanlar aldadılıb, yəni, SOCAR, karyera və s. adı ilə müxtəlif ünvanlardan insanlara mesajlar göndərilməklə sənədlərini qəbul edib yazışmalar apararaq aldadılırlar. Nə qədər demək olar ki, SOCAR-da işə qəbul mərhələsinin heç birində ödəniş yoxdur!”

Departament rəisi əlavə edib ki, heç olmasa bu kimi hallarla rastlaşanda [email protected] yazıb şübhəli məsələlər barədə məlumat alın. İRD-də sağlam təfəkkürlü kollektiv çalışır və adımıza ləkə gətirənlər burada çalışa bilməz.

“Məlumat üçün bildirim ki, 2011-ci ildə İnsan Resursları Departamenti yaranandan və işə qəbul prosesinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsindən bu vaxta qədər 9300 nəfərə yaxın vətəndaş müsabiqədə iştirak edərək müvəffəqiyyət qazanmış və hal-hazırda SOCAR-ın 27 müəssisə və təşkilatında müxtəlif fəaliyyət istiqamətləri üzrə işləyir və neft qaz sənayesinə öz töhfələrini verirlər. İRD yaranandan bu vaxtadək müsabiqə əsasında seçilmiş vətəndaşların səriştəlilik və bacarıqları ilə bağlı hər hansı ciddi şikayət və ya narazıçılıq halları qeydə alınmamışdır. Bu isə öz növbəsində SOCAR-da təşkil olunan müsabiqələrin keyfiyyət və səmərəlilik göstəricisidir”-A.Bəkilri qeyd edib.


SOCAR-dan vətəndaşlara XƏBƏRDARLIQ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əlövsət Əliyev Almaniyada həbs olunub
    Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib
     16.11.2019
    “Müsavat Partiyası qanunsuz miqrasiya ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır”
    Müsavat Partiyası Almaniyada mühacirətdə olan partiya üzvlərinə qarşı cinayət işi qaldırılması, onların saxlanılnması və partiya funksionerlərinin saxta sənədlər verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
     15.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ