EURO 1,9972 NEFT 51,06
USD 1,7008 RUB 0,0284
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:22.04.2017 14:34:31

İngilis kəşfiyyat xidməti MI5 və MKİ-nin istifadə etdiyi "Ağlayan Mələk" adlı vasitə smart (ağıllı) televizorları casusa çevirir.

İslamazeri.com xəbər verir ki, "WikiLeaks" "Kassa Aparatı 7" adını verdiyi gizli ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatı (MKİ - CIA) sənədləri sızıntıları çərçivəsində, "Ağlayan Mələk" adını verdiyi mənfi məqsədli proqramın "istifadə materialını" yayımlayıb.

"WikiLeaks"ın son yayımladığı gizli sənəd MKİ-nin "Weeping Angel (Ağlayan Mələk) adlı vasitədən istifadə edə bilməsi üçün lazımlı təlimatların yer aldığı bir istifadə materialıdır.

Sızdırılmaya görə, MI5 və MKİ bu mənfi məqsədli proqram ilə evlərdə və ofislərdə olan ağıllı televiziyaları "casusa" çevirir.

Proqram "Samsung"un F seriyası smart televiziyaları üçün xüsusi olaraq hazırlanıb.

 

"MI5 HAZIRLADI, MKİ İLƏ BÖLÜŞDÜ"

 

"WikiLeaks" verdiyi açıqlamada "Bu (Ağlayan Mələk) yerləşdirilmiş mikrofonun səs qeydə alması və məlumatların çıxışı və ya gizlədilməsi məqsədilə hazırlanıb. İstifadə materialları bunun əslində İngiltərə kəşfiyyat xidməti MI5 tərəfindən hazırlandığını və daha sonra MKİ ilə bölüşdüyünü göstərir. İki gizli xidmət bu proqramın daha da inkişaf etdirilməsi üçün əməkdaşlıq edib və işlərini "Birgə İnkişaf Etdirmə İşləri" ilə koordinasiya edib",- deyib.

"WikiLeaks" 7 Martda viruslar, mənfi məqsədli proqramlar, "hack"lənməyə açıq əlavələr və bunlarla əlaqədar proqramların yer aldığı MKİ sızıntılarının ilk hissəsini yayımlamışdı.

"Sıfır İli" başlıqlı ilk sızıntını "Qara Maddə", 31 martda yayımlanan "Mərmər" və son olaraq "Çəyirtkə" adı verilən gizli sənəd sızıntıları təqib etmişdi.

Ağ Ev sızıntıları pisləmiş və bunlarla bağlı olan insanların mühakimə olunacağı bəyanatını etmişdi.


Smart televizorları casusa çevirən PROQRAM

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ-da müsəlman icması bu yolla yoxsul ailələrə sevinc bəxş etdi
    ABŞ-ın Vokiqan şəhərini müsəlmanları ehtiyyacı olan ailələri sevindiriblər.
     16.08.2017
    Binəqədi, Mehdiabad və Novxanıya dörd milyon manat ayrılıb
    İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
     16.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ