EURO 1,8751 TRY 0,287
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:20.09.2019 10:15:31

AİP-n Astara şöbəsinin sədri Ruhulla Axundzadənin oğlu Məhəmmədəli Axundzadə atasının vəziyyətinin ağır olduğunu bildirir

AİP-n Astara şöbəsinin sədri Ruhulla Axundzadənin oğlu Məhəmmədəli Axundzadə atasının vəziyyətinin ağır olduğunu, ona tibbi yardımın göstərilmədiyini bildirib.

İslamazeri.com xəbər verir ki, bu haqda Turan agentliyi məlumat yayıb.

Məlumata görə, 2011-ci ildə 11, 5 il müddətinə mühakimə olunmuş partiya funksioneri 2013-cü ilin mayında infarkt keçirib.

"Bu günə kimi atama normal tibbi xidmət göstərilməyib. Hətta həkimlərin onun müalicəsi üçün müəyyən etdiyi dərmanları özümüz göndərsək də həmin dərmanlar ya ona verilməyib, ya da çox gec verilib. Bu da onun səhhətinin daha da ağırlaşmasına səbəb olub. Bundan əlavə, atam artıq üç ildir ki, müayinədən keçirilmir, halbuki, belə xəstələr mütəmadi müayinə olunmalı və daimi həkim nəzarəti altında olmalıdırlar", - M.Axundzadə bildirib.

O yazır ki, Avropa Penitensiar Qaydalarının 46.1-ci maddəsinə görə, xüsusi müalicə tələb edən xəstə məhbuslar penitensiar müəssisədə, bu mümkün olmadıqda isə xüsusiləşdirilmiş müəssisələrə və yaxud mülki xəstəxanalara köçürülürlər

M.Axundzadənin sözlərinə görə, 2016-cı ildə atasının vəziyyəti kritik olduğu üçün məcburiyyət qarşısında qalıb onu Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdiriblər. Lakin rəhbərlik və müəssisə personalı onunla pis rəftar ediblər və o, erirazını bildirdikdə atasını koloniyaya qaytarıblar.

M.Axundzadə yazır ki, atası ağır vəziyyətdədir və Ədliyyə Nazirliyinin müalicə müəsisəsinə, ya da mülki xəstəxanaya köçürülməlidir. O, Azərbaycan ictimaiyyətindən, hüquq-müdafiə təşkilatlarından, Beynəlxalq Qızıl Xaç Komitəsindən bu məsələni nəzarətdə saxlamağı, atasının keyfiyyətli və effektiv müalicəsinə yardımçı olmağı xahiş edir.

*Ruhulla Axundzadə İslam Partiyasının lideri Mövsüm Səmədov və digər fəallarla birlikdə "İslam Partiyasının işi" üzrə həbs edilib. Onlar konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhddə, silahlı qrupun yaradılmasında, qanunsuz silah saxlamaqda və s. cinayətlərdə ittiham olunublar. İş üzrə keçən şəxslər siyasi məhbus kimi tanınıblar.


Siyasi məhbusun oğlu koloniyada atasının vəziyyətinin ağır olduğunu bildirir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tramp Suriya siyasətinə görə tənqid hədəfində: O vitse-prezidenti Türkiyəyə göndərdi
    Tramp vitse-prezidenti Türkiyəyə göndərir, administrasiya Suriya siyasətinə görə tənqid olunur
     16.10.2019
    Avtomobil üçün etibarnamə bu cür veriləcək - Azərbaycanda YENİLİK
    Azərbaycanda avtomobil üçün etibarnamə telefonla veriləcək.
     16.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ