EURO 2,0083 TRY 0,2315
USD 1,7 RUB 0,0233
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:08.04.2020 17:05:53

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bu sözləri dünən gecə 15 şəban çıxışında deyib

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah dünən gecə 15 şəban, dünya şiələrinin 12-ci imamı, Həzrət Məhdi(əc)-in səadətli mövludunun ildönümü günü münasibətilə etdiyi çıxışında sionistlərin Həzrət Mehdi(əc)-in zühur etməsindən qorxmaları və nigaran olmalarından danışıb.

O “Hazırda işğal olunmuş Fələstində bir qəsbkar rejim vardır ki, öz siyasi varlığının qorunmasından nigarandır və 80 ildən çox yaşamayacağından qorxur.”, - deyə bildirib.

Seyyid Həsən Nəsrullah bu mübarək günü təbrik edərək, İmam Zaman(əc)-in mövludunu ilahi vədin həyata keçməsi üçün əks sayılışın başlanmasının nişanəsi adlandırıb. Qeyd edib ki, Həzrət Mehdi(əc) öz zühuru ilə dünyanı ədalət, sülh və məhəbbətlə dolduracaqdır.

Livan Hizbullahının baş katibi həmçinin Şəhid Muhəmməd Baqir Sədrin, bacısı ilə yanaşı İraqın məhv edilmiş diktatoru Səddam tərəfindən şəhid edilməsinin ildönümü günü ilə bağlı başsağlığı verib və bu böyük şəhidi filosof və mütəfəkkir adlandırıbdır.

Seyyid Həsən Nəsrullah Şəhid Sədrin İran İslam İnqilabı və İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni barədəki sözlərinə işarə edib: “Şəhid Sədr İran İslam İnqilabı qələbə çalarkən dedi: İmam Xomeyni(r.ə.) peyğəmbərlərin ardınca olduqları məsələni həyata keçirdi.”

Livan Hizbullahının baş katibi Şəhid Sədrin «İmam Xomeynidə əriyin, İmamın İslamda əridiyi kimi» ifadəsinə işarə edərək, bildirib ki, bu yol davam edəcəkdir.


Sionistlər İmam Mehdinin zühurundan qorxur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərəb Əmirliyi İsraillə əlaqələri rəsmi olaraq normallaşdırdı - İLK REAKSİYALAR
    Razılaşma sənədində İsrail və BƏƏ arasında münasibətlərin bərpa ediləcəyi qeyd edilir.
     14.08.2020
    Bu gün Mübahilə günüdür
    Zilhiccə ayının mübarək günlərindən və hadisələrindən biri Mübahilə günüdür.
     14.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ