EURO 2,0032 NEFT 63,23
USD 1,7001 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:12.10.2017 11:35:52

Rejim müdafiə naziri Sukot bayramı münasibətilə əsgərlərlə görüş keçirdib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Sionist İsrail rejimi müdafiə naziri Aviqdor Liberman İsrailin şimalında yeni müharibənin başlaması halında döyüşməyə məcbur qalacaqlarını bildirib.

İsrailin bütün var gücü ilə müharibənin qarşısını almağa çalışdığını deyən Liberman, yeni Yaxın Şərq şərtlərində hər an yeni bir müharibənin çıxa biləcəyinin xəbərdarlığını edib.

Sukot bayramı münasibətilə əsgərlərlə görüşən rejim müdafiə naziri, "Bütün ssenarilərə hazır olmalıyıq. Yeni şərait yeni problemlər yaradır. Bir vaxtlar aktual olan Livan cəbhəsi indi aktual deyil. Vəziyyət necə olursa olsun bu Livan və Suriya ərazilərini əhatə edəcək yeganə müharibə meydanı olacaq, qarşımızda Hizbullah və Əsəd rejimi (Suriya Prezidenti Bəşər Əsəd - red.) və bu rejimin hər cür müttəfiqləri olacaq",- deyə bildirib.

Nazir 2006-cı ildəki müharibədən fərqli olaraq yeni müharibədə Livanın nizamlı ordusunun da müdaxilə edəcəyini gözləmələrinin lazım olduğunu dilə gətirib. "Livan istiqamətində yalnız "Hizbullah" deyil, Livan ordusu ilə də qarşı-qarşıya gəlmək məcburiyyətində qalacağıq. Təəssüf ki, reallıq budur. Livan ordusu tamamilə "Hizbullaha" inteqrasiya olunmuş və liderlərinə (Seyid Həsən Nəsrullah - red.) tabe olmuş vəziyyətdədirlər. Livan ordusu müstəqil hərbi sahə olmaqdan çıxıb. "Hizbullah"-ın bir parçası halına gəlib.",- deyə bildirib.


Sionist İsrail: "Müstəqil Livan ordusu artıq Nəsrullaha tabedir"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda iki yeni hərbi zavod açılacaq
    "Bu ilin iyununda, Silahlı Qüvvələr günü ərəfəsində daha 2 istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılıb və Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
     17.12.2017
    Pakistanda 4 kamikadze kilsəyə hücum etdi, ölən və yaralananlar var - VİDEO
    Pakistanda 4 terrorçu-kamikadzenin ibadət zamanı özlərini protestant kilsəsinə partlatması nəticəsində azı 8 nəfər ölüb, 20 nəfər yaralanıb.
     17.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ