EURO 1,9794 NEFT 73
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:11.08.2017 11:48:22

Şimali Koreyadan ABŞ Prezidenti Donald Trampın "Dünyanın daha əvvəl heç görmədiyi qəzəblə qarşı-qarşıya qalacaqlar" açıqlamasına cavab gəlib. Şimali koreyalı general Kim "Yalnız mütləq güc işə yarayar",- deyib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Şimali Koreyanın raket komanda heyətinin başçısı general Kim Rak Qyom ölkənin rəsmi agentliyi KCNA-ya etdiyi açıqlamada, Pxenyan hakimiyyətinə təhdidlər səsləndirən Tramp üçün "dəli olub" deyib.

Kim ölkəsinin Sakit okeandakə Quam adası yaxınlığında hərbi hərəkata başlamaq üzrə olduğunu, adadan 30-40 kilometr məsafədə dənizə düşməsi nəzərdə tutulan orta mənzilli raket sınaqlarını əhatə edən plana ay ortasına qədər son formanın veriləcəyini, sonra Şimali Koreya lideri Kim Conq-Un razılığının gözlənəcəyini qeyd edib.

ABŞ Prezidenti Trampın ifadələrinin "dəliliklərlə dolu" olduğunu deyən general Kim, "Bu qədər ağlını itirmiş bir adamla ağıllı dialoq mümkün deyil, onda təkcə mütləq güc işə yaraya bilər", deyib.

Kim bundan başqa, Quam hərəkatının, "ABŞ-ın Koreya yarımadasının cənubunda və ətrafında həddini aşan hərəkətlərinin cilovlanması üçün təsirli bir üsul" olduğunu söyləyib.

Şimali Koreya dünən ABŞ hərbi bazalarının yerləşdiyi Quamda "Hwasong-12" orta-uzun mənzilli balistik raket hücumu hazırlığında olduğunu bildirmişdi. Analitiklər, Şimali Koreyanın raketlərindən bəzilərinin Quam adasını vurmağa qadir olduğunu bildirmişdi.

ABŞ xarici işlər naziri Reks Tillerson, ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya rəhbərliyinin qarşılıqlı təhdid dolu açıqlamaları yüksələn gərginliklə bağlı ABŞ vətəndaşlarına "sakit olmaları" çağırışı etmişdi.

Malayziya səfərindən qayıdanda Quam adasında mətbuat nümayəndələrinə bəyanatlar verən Tillerson Şimali Koreyadan qaynaqlanan yaxın və təcili bir təhdidin olmadığı qiymətləndirməsini etmişdi.

BMT də ABŞ və Şimali Koreya arasında gərginliyi artıran aqressiv ritorikanın narahatlıq verici olduğunu açıqlamışdı.


Şimali Koreyadan Trampa cavab: ABŞ təkcə gücdən anlayır - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səttar xan kimdir?
     19.07.2018
    Zərif: Avropa əməli addım atmalıdır
    İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif "euronews"a verdiyi müsahibəsində indi artıq Avropanın əməli addım atma zamanı gəldiyini vurğulayıb.
     18.07.2018
    Mədət Quliyev və Elnur Məmmədli hərbi hissədə cüdo üzrə master-klass keçib
    "Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi hissəsində hərbi qulluqçuların, o cümlədən əsgərlərin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb."
     18.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ