EURO 2,007 NEFT 62,73
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.04.2017 10:40:30

Şimali Koreya bayram konserti zamanı nümayiş etdirilən video vasitəsilə ABŞ-a mesaj göndərib.

İslamazeri.com-un “Renhap” agentliyinə istinadən verdiyi xəbərə əsasən, Şimali Koreyada ABŞ raket zərbəsinin endirilməsinin imitasiya edildiyi videofilm nümayiş etdirilib.

Kim İr Senin 105-ci doğum gününə həsr edilmiş bayram tədbirində nümayiş etdirilmiş videoçarxda, yeni ballistik raket və onun işə salınaraq, buraxılması göstərilib. Raket okeanı keçərək ABŞ-dakı şəhərə zərbə endirib. Növbəti kadrda isə məzarlıq fonunda yanan ABŞ bayrağı görünür.

Həmçinin bayram konsertində raketlərin buraxılmasını və Koreya Xalq Ordusunun Tephodon strateji qüvvələrini mədh edən mahnıla səslənib. Xüsusən, mahnıda “Tephodon raketinin ildırım kimi olması və imperializmə meydan oxumağa hazır olması” haqda oxunur.

Qeyd edək ki, parad və film nümayişi Koreya yarımadasındakı son dərəcə gərgin fonda keçirilib. Mütəxəssislərin fikrincə, aprel ayının 25-dək 6-cı nüvə sınağı və ya raket buraxılışı keçirə bilər. ABŞ bildirir ki, Şimali Koreyaya əldə olan bütün vasitələrlə təsir etməyə hazırdır. Şimali Koreya isə öz növbəsində atom müharibəsinə nüvə zərbəsi ilə cavab verəcəyinə dair söz verib və bildirib ki, ABŞ ərazisinə çata bilən qitələrarası ballistik raketlərin hazırlanması prosesinə yenidən işə salacaq.


Şimali Koreya ABŞ-a belə raket zərbəsi “endirdi” - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Humanitar təşkilat: Aclıq və xəstəlik səbəbilə Yəməndə hər gün 130 uşaq ölür
    Səudiyyə Ərəbistanının tətbiq etdiyi blokada Yəməndə humanitat böhranı şiddətləndirib.
     17.11.2017
    Cübran Bassil: Bəzi qüvvələr Livan-Rusiya qaz müqaviləsini pozmağa çalışır
    Livanın XİN rəhbəri Rusiyadan regionda güc balansını təmin etməyi xahiş edib.
     17.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ