EURO 1,9856 NEFT 48,69
USD 1,7012 RUB 0,0286
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:17.07.2017 13:18:39

ABŞ və Kanadada təbii fəlakət ağır nəticələrə səbəb oldu.

İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın Arizona ştatında güclü yağışlar nəticəsində baş vermiş sel zamanı 9 nəfər həyatını itirib.

Bu haqda ştatın şerifi məlumat verib. Qeyd edilir ki, ölənlərin hamısı məşhur göl və çayın yerləşdiyi Kold Sprinq rayonuna gələnlər olub.

Həyatını itirənlərin 5-i uşaqdır.

Hazırda axtarış-xilasetmə briqadaları insident nəticəsində itkin düşmüş 13 yaşlı oğlan uşağını axtarırlar.

Qonşu ölkə Kanadada isə güclü meşə yanğınları davam edir. Ölkənin Britaniya Kolumbiyası əyalətində 37 minə yaxın insan təxliyyə edilir.

Əyalətin meşə təsərrüfatı naziri Con Rastad bildirib ki, hazırda meşə yanğının söndürülməsi işlərinə 2,9 minə yaxın insan cəlb edilib. Onlara yanğınsöndürmə aviasiyası da yardım edir.

Nazir həmçinin əlavə edib ki, rəhbərlik meşə yanğınları ilə mübarizə üçün artıq on milyonlarla Kanada dolları xərcləyib.


Şimali Amerikada sel və meşə yanğını ağır fəsadlara yol açdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriya ordusu İraq sərhədi üzərində nəzarəti geri qaytarır
    Rusiya Silahlı Qüvvələrinin nümayəndəsi Suriya ordusunun uğurları barədə məlumat verib.
     24.07.2017
    İsrail: Müsəlmanlar arasında müharibə ən böyük strategiyadır ki...
    İsrailin silahlı qüvvələrinin başçısı müsəlmanarın daxili savaşlarından söz açıb.
     24.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ