EURO 1,9008 TRY 0,2779
USD 1,7 RUB 0,0262
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:15.11.2018 22:55:49

"Abel Məhərrəmovun işdən çıxarılmasının İspaniya səfərinə aidiyyatı yoxdur. Bu, cənab prezidentin səlahiyyətində olan məsələdir".

"Abel Məhərrəmovun işdən çıxarılmasının İspaniya səfərinə aidiyyatı yoxdur. Bu, cənab prezidentin səlahiyyətində olan məsələdir".

İslamazeri.com xəbər verir ki, bunu "Qafqazinfo”ya açıqlamasında Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə Abel Məhərrəmovun İspaniyada "Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda keçirilən beynəlxalq konfransda baş verən hadisələrə görə işdən çıxarılmasına münasibət bildirərkən deyib.

C.Paşazadə vurğulayıb ki, prezident kimi nə vaxt istəsə, işdən çıxarda bilər: "Bunun kiminsə kimləsə münasibəti ilə əlaqələndirmək heç də düzgün deyil. Çıxarılan adamın dalınca çox sözlər deyiləcək”.

A.Məhərrəmovun restoranda məhz onunla dava etməsi məsələsinə gəlincə isə, C. Paşazadə vurğulayıb ki, bu, yalan söhbətdir: "Məhərrəmov nə üçün mənlə dava etməlidir? Mən uşağam, ya o uşaqdır ki, bir- birimizlə dava edək? Bizim bölüşəcəyimiz bir şeyimiz yoxdur”.

Deputat Siyavuş Novruzov isə açıqlamasında məsələdən xəbərdar olmadığını vurğulayıb.

Qeyd edək ki, sözügedən konfransda Milli Məclisin dörd deputatı iştirak edib. Onlar Çingiz Qənizadə, Cavanşir Paşazadə, Hikmət Babaoğlu və Siyavuş Novruzovdur.


Şeyxin deputat qardaşı Abel Məhərrəmov barədə danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Afaq Məsud kimdir?
     25.05.2019
    İlham Əliyevdən Musa Yaqub və Ramiz Rövşənlə bağlı - SƏRƏNCAM
    Prezident Ramiz Rövşən və Musa Yaquba “Xalq şairi” adı verdi
     25.05.2019
    General Aydəmirov: Qarabağda müharibə yetişib, bu an məsələsidir
    "Bu barədə danışan ekspertlər də Azərbaycan ordusunun döyüş hazırlığı səviyyəsini dərk edirlər."
     25.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ