1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:02.01.2020 15:13:21

Məşhəddə “Ruhaniyət; müqavimətin fəryadı” Konfransı keçirilib

İslamazeri.com "Rasthaber Azərbaycan"-a istinadən xəbər verir ki, Şeyx Zəzzakiyə dəstək olaraq “Ruhaniyət; müqavimətin fəryadı” Konfransı, İmam Rza (ə) Elmi Hövzəsində Höccətülislam Əli Rza Penahian və Şeyx İbrahim Zəkzakinin qızlarının (Suheyla, Ruqəyyə, Zəkiyə) iştirakçı ilə baş tutub.

Konfransda Nigeriya İslami Hərəkatının lideri Şeyx Zəkzakinin qızı Ruqəyyə konfransda qəlbləri dağlayan çıxışı ilə diqqət çəkib.

 

İki il günəş görmədi...

Dəstək üçün təşəkkürünü deyən Ruqəyyə Zəkzaki sözlərinə belə başlayıb: “Ustadların qarşısında danışmaq çox çətindir. Amma atamın məzlumiyyətilə bağlı bəzi nöqtələri diqqətinizə çatdırmaq istəyirə. Atam bir il universitetdə, içki içməyə qarşı olduğuna görə həbs edildi. İslami Hərəkatın başlanğıcından 40 ilə yaxındır ki, hökümət ona əziyyət edir, bir çox həbsxanaya göndərdi. Hər dəfə də 4 il həbsdə saxlanıldı. Həbsxanaların birində 2 il günəş görmədi və bizə sübh və günorta vaxtını təxmini ayırd etdiyini bildirmişdi.”

Nigeriya rejimi onu öldürməyi planlayır...

Şeyxin qızı sözlərinin davamında “Hökümət və ordu atamın evini dağıtdı və “Allahdan başqa heç bir hökümət tanımırıq” dediyi üçün onu həbs etdilər. Ailəmiz evimizdən didərgin düşdü və hər kəs bizə kirayə verməkdən qorxurdu. Atam nə vaxt məscidə getmək istəsə, hökümət onu ödürmək lanını işə salırdı. Bəzən tan bundan xəbərdar olur, yolunu dəyişdirir və xəbərdar olmadığı zamanlarda isə Allah kömək edir və onlar müvəffəq ola bilmirdilər. 2014-cü ildə Qüds günü qardaşlarım şəhid edildi. O zaman da, evimizi yandırdılar və evdə olan hər kəs şəhid oldu, sadəcə bir otağa heçnə olmamışdı, o otaqdakılar sağlam qalmışdılar. Bu olaydan sonra evdə bəzilərinin sağ olduğunu biləndən sonra, ordu təkrar evə hücum etdi; atəş ilə atam və anam yaralandı, babamım gözü ciddi yaralandı, görmə qabiliyyəti çox aşağı düşdü. Anam və atamın sümüklərində qırıqlar olmasına baxmayaraq 4 ildir ki, eyni vəziyyətdə həbsxanada saxlanılır.”, deyə bildirib.

 

 Şeyx Zəkzaki Şiə olmağı deyil, vəhdəti vurğulayır...

Ruqəyyə Zəkzaki atasının vəhdətə olan baxışı haqda da danışıb. Bu haqda Ruqəyyə sözlərinə belə davam edib: “Nigeriya höküməti 2016-cı ildə onların azad olmasına - ev dustaqlığına hökm etdilər. Onlar yeni bir ittiham ilə atamı istintaqa çəkdilər. İttihama görə, ordu mənsublarından biri öldürülmüşdü, hansı ki, ordu bizdən çox sayda adam qətlə yetirmişdi. Atamın məzlumiyyəti təsəvvür ediləcək dərəcədə deyil. Atam bizdən zalımlar qarşısında zəif olmamağımızı istəyirdi. Mən bu hadisəni xatırlayanda, ağlıma ilk öncə İmam Hüseyn (ə) gəlir. Biz hökümətin bu qədər reaksiya verməsinə nə etdik? Nigeriyada çox sayda Sünni alimi var, amma niyə atam bu təzyiqlərə məruz qaldı? Atam heç kəsi Şiəliyə dəvət etmədi, atam vəhdət və birliyi vurğulayardı.”

 Şeyx Zəkzakinin İmam Xomeynidən təsirlənməsi...

Şeyxin qızı daha sonra atasının İmam Xomeynini gördükdən və onun danışıqlarından sonra Nigeriyaya dönməsi və bütün sünni alimlər daxil zülmə qarşı durmaqdan danışdığını dilə gətirdi:

“Onlar dəvətə qoşulmadılar. Orada heç kəsin Şeyx Zəkzakiyə edilən zülmdən danışmağa haqqı yoxdur. Atam hər zaman vəhdətə daha çox önəm verər, “Vədət Həftəsi” tədbirlərində sünni, hətta sələfi alimlərinə də dəvətnamə göndərirdi. Nigeriyada Əhli-Sünnət alimlərindən biri, atamla görüşdükdən, onun vəhdət mövzusunda mövqeyi, mərhəməti və xalqa verdiyi önəminə görə, Şiəliyi seçdi. Xristianlar da, atamı dəstəkləyirdilər. Kilsə rəhbəri, Qüds və Aşura günü yürüşlərinə qatılardı. Hətta vəzi Əhli Sünnə alimləri, bu neçə bir dindir ki, xristianlarla bu qədər əlaqə içindəsiniz - deyə bizə lağ edirdilər. “

 Ruqəyyə Zəkzaki çıxışının sonunda müsəlmanlardan ata və anası üçün çoxlu dua etmələrini xahiş edərək deyib: “Bizim xahişimiz budur ki, ata və anam üçün çoxlu dua edəsiniz, vəziyyətləri çox pisdir. Hökümətin ABŞ, İsrail və Səudiyyədən əmr aldığını bilirik. Onlar Nigeriya şiələrini dünyanın ən təhlükəli şiələri olaraq görürlər.”


Şeyx Zəkzakinin qızı: Atamı 2 il günəş görməyən yerdə saxladılar - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin: Quranın əsasını ədalət və mərhəmət təşkil edir
    Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibəti ilə təbrik edib.
     01.08.2020
    Azərbaycanda koronavirusdan sağalanların sayı artır: 279 yoluxma, 592 sağalma
    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     01.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ