EURO 2,0771 NEFT 73,98
USD 1,7 RUB 0,0276
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:19.05.2017 11:44:26

Bu gün (19 may) siyasi məhbus Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) məhkəməsi başlayır.

İlahiyyatçının müdafiəsinə daha iki vəkil - Osman Kazımov və Yalçın İmanov qoşulub. Bu haqda Maide.Az-a məlumatı vəkillər özləri verib.
Qeyd edək ki, “Namaz məhbusu” kimi tanınan və adı siyasi məhbuslar siyahısında salınan Sərdar Hacıhəsənlini indiyədək vəkil Cavad Cavadov müdafiə edirdi. Ötən gün ruhaninin müdafiəsinə vəkil Nemət Kərimli qoşulmuşdu.

Şeyx Sərdar Hacıhəsənli barəsində Masallı rayon polis idarəsində qaldırılmış AR Cinayət Məcəlləsinin 168-3.1.3 maddəsi ilə olan cinayət işi üzrə məhkəmə bu gün Masallı rayon Məhkəməsində saat 16:00-da hakim Anar Alməmmədovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ruhani Sərdar Hacıhəsənli Masallı rayonunda cümə namazı qıldığı üçün rayonun icra başçısı tərəfindən polisə şikayət edilib. Şikayət əsasında ona cinayət işi açılıb və barəsində 37 gün müddətində həbs qəti-imkan tədbiri seçilib. Fevralın 22-də saxlanılan Şeyx Sərdarın həbs müddətinin başa çatmasına az müddət qalmış martın 27-də Masallı Rayon Məhkəməsi onun həbs müddətini aprel ayının 30-dək uzatmış və daha sonra bu müddət daha 20 gün artırılmışdır.


Şeyx Sərdarın müdafiəsinə daha iki tanınmış vəkil qoşulub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Məhkəmə İsrailə casusluq edən şəxsi edama məhkum etdi
    Əlcəzair məhkəməsi ölkədə israilli casusu edama məhkum edib.
     25.04.2018
    Mədəniyyət nazirinin müavinləri vəzifəsini icra edən şəxslər məlum olub - SİYAHI
    Azərbaycan mədəniyyət nazirinin müavinləri vəzifəsini müvəqqəti icra edən şəxslər məlum olub.
     25.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ