EURO 1,9984 NEFT 50,85
USD 1,701 RUB 0,0286
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:18.05.2017 17:52:56

Sabah, mayın 19-u Masallı Rayon Məhkəməsində həbsdəki ilahiyyatçı Şeyx Sərdar Babayevin məhkəməsi başlayacaq.

Bu haqda ilahiyyatçının vəkillərindən Nemət Kərimli məlumat verib. İlahiyyatçıya ittihamların əsaslı olmadığını ifadə edən vəkil məhkəmə qarşısında S.Babayevin azadlığa buraxılması barədə vəsatət qaldıracaqlarını bildirib.

“Onu 3 ay öncə Masallı Cümə məscidində xütbə oxumasına görə, həbs ediblər. Onu həmin məscidə Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə nümayəndəsi Seyid Mirziyad dəvət edib. Xütbəni də onun təklifi ilə oxuyub. Xütbədə qeyri-qanuni, yaxud siyasi xarakterli hər hansı bir söz deyilməyib”, deyən vəkil ölkə parlamentinin xaricdə təhsil alanların dini mərasim keçirməsi ilə bağlı qanunvericiliyə dəyişiklik etməsini də yada salıb.

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi isə bir müddət öncə, əksinə mətbuata bildirmişdi ki, Sərdar Babayevə xütbə oxuması ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Ancaq o, bu xəbərdarlıqlara baxmayaraq xütbə oxumaqda davam edib.

Ötən il qanunvericiliyə edilən dəyişikliklə xaricdə dini təhsil alanların ölkə daxilində dini mərasim keçirməsinə yasaq qoyulub. Ancaq bu ay qanunvericilikdə bu məhdudiyyət aradan qaldırılıb. Artıq, Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırmaqla xaricdə dini təhsil almış şəxslər də ölkə daxilində mərasimlər apara biləcəklər.

Vəkil Nemət Kərimlinin fikrincə, qanunda edilən dəyişiklik Sərdar Babayevin azad olunmasından ötrü əsas ola bilər. Çünki Şeyx Sərdar Babayev xaricidə dini təhsil aldığından ona xütbə söyləməsi qanuna zidd əməl kimi qarşılanmışdı.

Bu il fevralın 22-si Masallı Rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Sonradan həbs müddəti artırılıb.

Ona CM-in 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham verilib.

Olaya münasibət bildirən yerli rəsmilər bildiriblər ki, S.Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Müdafiə tərəfi isə bildirir ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.

Habelə, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb.

azadliq.org


Şeyx Sərdarın məhkəməsi başlayır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Təhsil Nazirliyi yeni səlahiyyətlər verdi
    Azərbaycan Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə yeni səlahiyyətlər verilib.
     27.07.2017
    Tanınmış Quran qarisi dünyasını dəyişib - VİDEO
    Dünya şöhrətli misirli Quran qarisi bu gün vəfat edib
     27.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ