1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:17.03.2017 12:27:15

"Diqqətli olmaq və ehtiyatı əldən verməmək lazımdır! Mümkündür ki, Ali-Xəlifə inqilabı yolundan sapdırmaq üçün bəzi layihələr hazırlayıb..."

İslamazeri.az “Tasnimnews”-a istinadən verdiyi xəbərə əsasən, Ayətullah İsa Qasimin İranda olan nümayəndəsi Şeyx Abdullah Dəqqaq Bəhreynlə bağlı açıqlamaları ilə gündəmə gəlib.

Ali-Xəlifə rejiminin geri addım atma səbəbinə toxunan Şeyx Dəqqaq deyib: “Cavab məlumdur. Bəhreyn xalqının birliyi və Ayətullah İsa Qasimə olan dəstəyi parlaq nəticələr əldə etməyə səbəb oldu. Bu addımlar Ayətullah tərəfindən təsdiqlənərək şəri cəhətdən caiz hesab olundu. Ayətullahların əksəriyyəti Şeyx İsa Qasimin müdafiəsiylə bağlı bəyanat yaydı. Ayətullah Seyid Kazım Hairi Ayətullah İsa Qasimi son damla qana qədər müdafiə etməyi vacib hesab etdi. Bundan əlavə Ayətullah Nuri Həmədani və Cavadi Amuli də bu barədə fətva verdilər. Ayətullah Əraki və Kəbinin də yaydığı bəyənatlar öz növbələrində təsirli idi.”
Rejimin xalqın ayağa qalxmasından qorxduğunu deyən Şeyx Dəqqaq bildirib: “Fikrimcə Qum və Nəcəf mərcelərinin xalqımıza dəstəyi rejimin qorxmasına səbəb olub. Biz bütün tələblərimizin reallaşması və həbs olunanların sərbəst buraxılması üçün əlimizdən gələni edəcəyik. Diqqətli olmaq və ehtiyatı əldən verməmək lazımdır! Mümkündür ki, Ali-Xəlifə inqilabı yolundan sapdırmaq üçün bəzi layihələr hazırlayıb.”

Ali-Xəlifə rejiminin İraq diktatoru Səddam Hüseynin bəzi adamlarını ölkəyə gətirdiyini deyən Şeyx Dəqqaq bildirib: “Biz xalqımızı sorğu-sual edənlərin içində Səddamın adamlarının da olmasının şahidi olduq.”


Şeyx Dəqqaq: Ali-Xəlifə rejimi Səddam Hüseynin bəzi adamlarını ölkəyə gətirib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ