EURO 1,9062 NEFT 52,3
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:12.05.2017 12:26:20

Livan Hizbullah hərəkatının lideri Səudiyyə kralının vəliəhdinin İmam Məhdilə bağlı açıqlamasına cavab verib

İslamazeri.com Livan mediasına istinadən xəbər verir ki, “Hizbullah” lideri, İmam Məhdinin mövzludu və təşkilatın generallarından olan Mustafa Bədruddinin şəhidlik ildönümündəki çıxışında bəzi önəmli mövzulara işarə edib.

Seyid Nəsrullah Səud rejiminin və böyük alimlərinin "Ərəbistanın İran ilə əsil problemi budur ki, İranlılar Hz.Mehdinin zühurunu gözləyirlər" sözünü nəql edən Səud kralının vəliəhdi Məhəmməd bin Salmana cavab olaraq deyib: "Hər kəs bilir ki, Hz.Məhdi (ə.f) Məkkədən zühur edəcək; nə Tehrandan, nə Şamdan nə də ki, Beyrutdan deyil. Bütün müsəlmanlar İmam Mehdi haqqında yekdilliklə bu inanca inanırlar. Şiəliyə aid mövzu deyildir. Ərəbistan vəliəhdinə deyirəm ki, müsəlmanların inancına görə İmam Mehdinin zühuru qətidir və bütün müsəlmanlar buna inanmaqdadırlar. Məkkədən zühur edəcək. Zühur edincə də, heç bir zalım padşah qalmayacaq, yer üzünü ədalət dolduracaq, nə sən, nə də sənin ata-babaların bu həqiqəti dəyişdirə bilməzsiniz." 

Qeyd edək ki, Səud vəliəhdi ötən həftə İmam Mehdi mövzusunda çıxış etmiş və bu mövzuda İranı ittiham etmişdi  - ƏTRAFLI.

Seyid Həsən Nəsrullah, generalları ilə bağlı isə deyib: : “O Allahla əhd bağlamışdı ki, Suriya qalib gələnə qədər, ya da özü şəhid olana qədər Suriyadan ayrılmasın. O Suriyadan həm qalib, həm də şəhid olaraq ayrıldı və Suriya təkfirçilərinin arzularını ürəklərində qoydu. Əziz qardaşımızın  terrorundan bir il ötür. O yenə də bizi bir yerə cəm olmağımıza səbəb oldu. O bir an belə xatirələrimizdən çıxmır. Biz bu şəhidin etdiyi canfəşanlıqlara görə nemət və bərəkət içindəyik. Mən Onun ailəsinə başsağlığı verir və onun hədəflərini heç bir süstlük etmədən reallaşdıracağımıza söz verirəm. Xalqların bədbəxtçilik dövrü geridə qalıb. İsrail tərəfindən sərhədlərimizdə divarlaırn hörülməsi, Livanın qələbəsinə etiraf etəkdir. İsrail divar arxasında gizlənirsə deməli zəifləyib. Livan xalqından istəyim budur ki, öz təbii həyatlarına davam etsinlər və düşmənin təhdidlərindən qorxmasınlar.”

İsraillə ehtimal olunan müharibə mövzusuna da toxunan “Hizbillah” lideri “İşğalçı rejimin bütün bölgələri müqavimət raketlərinin hədəfindədir. İsrail 10 ildir ki, Livanı işğal etməyə çəkinir və sözlərinə əməl edə bilmir. İsrail həbsxanalarında aclıq aksiyası keçirən fələstinliləri hörmətlə anırıq. Bu əsirlərin Trampın Ərəbistan səfərində keçiriləcək olan ərəbi-islami iclasında yerləri varmı?”, -deyə əlavə edib.

“Hizbullah”-ı Suriyada cəmiyyətin məzhəbini dəyişməkdə ittiham edənlərə səslənən Seyid Nəsrullah bildirib: “Bunu edən Ərəbistan, Türkiyə, Qətər və ABŞ-ın nəzarəti altında fəaliyyət göstərən terror qruplaşmalarıdır. Əgər bunu etmək istəsəydik, “Nusra cəbhəsi” və İŞİD-in bölgədə qətl törətməsinə şərait yaradardıq.”

Nəsrullah sonda, Rusiyanın Suriya və müqavimətlə həmkarlığının yaxşı vəziyyətdə olduğunu da qeyd edib.

 


Seyid Nəsrullahdan Səud vəliəhdinin "Onlar Mehdinin gəlişini gözləyir..." açıqlamasına cavab

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI
    “Forbes” jurnalı dünyanın ən çox gəlir əldə edən futbolçuların adlarını açıqlayıb.
     27.05.2017
    Şəkinin turizm mərkəzinə gedən yol yenidən qurulur - FOTO
    Tarixi tikililəri ilə məşhur olan Şəkinin qədim yaşayış məskəni Kiş kəndinə və bura yaxın ərazilərdə yerləşən turizm məkanlarına gedən avtomobil yolunu yenidən qurulmasına başlanıb.
     27.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ