EURO 1,8927 TRY 0,2496
USD 1,7 RUB 0,0242
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:20.05.2020 21:53:19

Hizbullah lideri Beynəlxalq Qüds Günü münasibətilə “Müqavimətə Liderləri Birlikdə” adı ilə online canlı yayım proqramında çıxış edib

İslamazeri.com "Rasthaber Azərbaycan"a istinadən xəbər verir ki, Beynəlxalq Qüds Günü münasibətilə “Müqavimətə Liderləri Birlikdə” adı ilə online canlı yayım proqramında Seyid Həsən Nəsrullah, Əbdülməlik Əl Husi, İsmayıl Haniyə, Şeyx İsa Qasim, Hacı Ziyad Nihalə, Şeyx Qeys əl Xəzəli, Əskaf Ataullah Hana, Əbdüllətif əl Həmim çıxış ediblər.

Seyid Nəsrullah çıxışı zamanı “Bizim yol, Qüds şəhidlərimizin yoludur” şüarı ilə Qüds gününü qeyd etdiklərini önə çəkərək müsəlmanlar arasında fitnə və ixtilaf çıxaranların planlarının puç olacağını bildirib.

İşğal altındakı Fələstindəki həqiqi səhnənin bölgədəki müxtəlif cəbhələrdəki müttəfiqlərinin məğlubiyyətindən ruh düşkünlüyünə düşən İsrail rəsmiləri tərəfindən göstərildiyini bildirən Hizbullah lideri “İsrail ilə əlaqələri normallaşdırmaq ümmətin qəbul etdiyi bir şey deyildir. Biz bu gün hər zamandan daha çox Fələstin və Qüdsün azad edilməsini düşünürük”, -deyə qeyd edib.

Nəsrullah daha sonra “Beynəlxalq Qüds Günü rəhmətlik İmam Xomeyninin bizə buraxdığı mübarək mirasdır”, - deyə əlavə edib.

Hizbullah lideri Qasim Süleymaninin “Qüds şəhidi” olduğunu da vurğulayıb.


Seyid Nəsrullah: Qüds Günü bizə buraxılan mirasdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Karantinin yeni dönəmi: Nə dəyişdi, hansı qaydalar əlavə olundu?
    Bu gündən etibarən Azərbaycanda xüsusi karantin rejiminin müddəti 15 iyun saat 00:00-dək uzadılıb
     01.06.2020
    Guardian: Mahmudovların 111 milyon dollarlıq biznes və daşınmaz əmlak imperiyası...
    Azərbaycanın keçmiş Milli Təhlükəsizlik nazirinin uşaqları Britaniyada dəbdəbəli daşınmaz əmlak əldə ediblər
     01.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ