EURO 2,078 NEFT 68,53
USD 1,7001 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:06.01.2018 12:23:16

Livan "Hizbullah" hərəkatı baş katibi Seyid Həsən Nəsrullah "Al Mayadeen" telekanalına xüsusi müsahibəsində İranda baş verən hadisələrdən danışıb

İslamazeri.com "eastnews"a istinadən xəbər verir ki, Livan "Hizbullah" hərəkatı baş katibi Seyid Həsən Nəsrullah "Al Mayadeen" telekanalına xüsusi müsahibəsində İranda baş verən hadisələrlə yanaşı, bölgədəki son prosesləri də dəyərləndirib. İrandakı proseslər barədə Həsən Nəsrullah "Mənə görə, İranda baş verən son hadisələr siyasi deyil və 2009-cu il hadisələri ilə müqayisə edilə bilməz", - deyib.

Bəzi siyasi cərəyanların İrandakı aksiyaları istismar edərək, siyasi səviyyəyə daşıdığını qeyd edən Həsən Nəsrullah iranlı rəsmilərin böhrana dözümlülük ilə qarşılaşdığını və etirazçıların üsyançılardan ayrıldığını vurğulayıb. "Hizbullah" lideri əlavə olaraq "Bu etirazların böyük faydası İrandakı tərəfləri əməkdaşlıq etməyə sövq edərək, problemlərə ciddi addımların atılmasına səbəb olmasıdır", - qiymətləndirməsini aparıb. Seyid Həsən Nəsrullah sözlərinin bir qismində ABŞ, İsrail və Səudiyyənin İrandakı xülyalarının puça çıxarıldığına diqqəti çəkib. Bu hadisələrin İranın İslami müqavimət qüvvələrinə dəstəyinə pis istiqamətdə təsir etməyəcəyini qeyd edən Nəsrullah İran xalqının müqavimətə ürəkdən inandığını dilə gətirib.

Həsən Nəsrullah ABŞ prezidenti Trampın Qüds qərarına dair bunları qeyd edib: "Bu qərar İsrailin sona çatması anlamına gəlir. Bu qərarla uzlaşma prosesi də başa çatıb. Fikrimcə, ən yaxşı həll nailiyyət və uğurlar gətirən müqavimətə müraciət etməkdir. Tramp regionu yeni bir xaosa aparır. Fələstin xalqı buna heç vaxt təslim olmaz. Bu torpaqlarda hər kəs Qüdsün Fələstin dövlətinin paytaxtı olduğu mövzusunda həmfikirdir və fələstinlilər bundan imtina etməyəcəklər".

Trampın son günlərdə irəli sürdüyü İran əleyhinə iddiaları haqqında Seyid Həsən Nəsrullah "Bunun əsas səbəbi İranın Fələstin müqavimət qrupları və Qüdsə verdiyi dəstəkdir", - açıqlamasını verib. Bunlara əlavə olaraq Livan "Hizbullah" hərəkatı baş katibi müqavimətin Tramp və Netanyahunun hazırlayacağı bir müharibə üçün hazır olmasının mühümlüyünü vurğulayaraq, "Bu müharibə böyük ehtimalla Qəzza, Livan və ya Suriyaya qarşı açılan bir müharibə ola bilər ", - deyə bildirib. 


Seyid Nəsrullah İrandakı iğtişaş, Trampın açıqlamaları və yeni müharibə haqda...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Evlənmək istəyənlərin hepatit B və C-dən də məcburi müayinədən keçməsi təklif edilib
    Ailə qurmaq istəyənlərin hepatit B və C-dən də məcburi müayinədən keçməsi təklif edilib
     22.01.2018
     Xanım Zeynəbin (s.ə) mübarək mövludu Marneulidə qeyd edildi - FOTO
    Xanım Zeynəbin (s.ə) mübarək təvəllüdü münasibəti ilə Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti tədbir keçirib
     22.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ