1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ

Kateqoriya : MÜSAHİBƏ

Yayınlanma tarixi:21.02.2017 12:50:11

Xəbər verdiyimiz kimi İran İslam Respunlikasının dövlət kanalı “Hizbullah” lideri Seyid Həsən Nəsrullahdan geniş müsahibə alıb

İslamazeri.az müsahibənin birinci hissəsini yayımlamışdı.

İndi isə ikinci hissəni təqdim edirik:

Jurnalist: Sizi Suriyaya kim dəvət edib və orda olmaqdan məqsədiniz nədir?

Seyid Nəsrullah: Birincisi bizi heç kim dəvət etməyib. Bu iki ölkə ayrı olsalar da, Livan Suriya üçün, Suriya Livan üçündür. İkincisi biz Suriyada baş verən hadisələri yaxından izləyir və dövlət əlyehinə çıxan qrupları tam olaraq tanıyırdıq. Qısa bir zamanda anladıq ki, bu qruplar təkfirçilərlə yaxından əlaqədədir. Biz ilk gündən bilirdik ki, müxaiflərin hədəfi ölkədə islahatların baş verməsi deyil. Hədəfləri Suriya ordusu və dövlətini devirməkdən ibarətdir, çünki Suriya bölgədə müqavimətin xeyməsi hesab olunur. Bu ölkə müqavimət meydanında qalan, müqavimətə imanı olan və İsrail rejimi müqabilində təslim olmayan ərəb ölkəsidir. Biz ABŞ və Səudi rejimi tərəfindən İsrailin mənafelərini təmin edən bir layihənin hazırlandığını bilirdik. Buna görə bu müharibədə suriyalı qardaşlarımızın yanında olmağı öz vəzifəmiz bildik. Suriyada gedən müharibə silahlı qruplara qarşı deyil deyil, ABŞ və Qərb ölkələrinə qarşıdır. Onlar sərhədlərini açaraq, on minlərlə terrorçunun Suriyaya daxil olmasına şərait yaradır və onlara dəstək olurlar. Elə bu səbəbdən Suriyada həqiqi müharibə gedir. Anladıq ki, bizim taleyimiz suriyalı qardaşlarımızın taleyinə bağlıdır. Biz də bu hədəfin içində yer alırdıq, buna görə də, bir-birimizi bərabər şəkildə müdafiə etmək qərarına gəldik. Biz Suriya dövlətinin rəsmiləri ilə əlaqəyə girərək, tədricən müdaxilə etdik. Allahın yardımı, Suriya ordsusunun müqaviməti, İran və Rusiyanın dəstəyi, eləcə də bizim orda olmağımız təsirli oldu. Hər halda biz bu müharibədə yer almağı vəzifəmiz bildik. Suriya dövləti devrilsəydi bütün bölgə İŞİD və təkfirçi qrupların ixtiyarında olacaqdı və bu ABŞ İŞİD-i yartmaqdan əsas hədəfidir. Necə ki, bir zamanlar “Əl Qaid” ABŞ-ın nəzarətindən çıxdı, bu gün də İŞİD nəzarətdən çıxır və hamı üçün bir təhdidə çevrilir. Gün keçdikcə qəbul etdiyimiz qərarların düzgünlüyünü daha yaxşı anlayırıq.

 

Jurnalist: Suriyanın gələcəyini necə görürsünüz?

Seyid Nəsrullah: Suriyada baş verən canfəşanlıqlar və fədakarlıqlar bizi bu nəticəyə gətirib çıxardı ki, Suriya böhranı təhlükəli mərhələni artıq geridə qoyub. Artıq dövlətin, siyasi rəhbərlərin və ordunun devrilməsi məsələsi bağlanıb. Hazırda Suriyanın əksər şəhərləri dövlətin nəzarəti altındadır və təhlükəsizlik təmin olunur. Düzdür ki, İŞİD də bir çox bölgələrə nəzarət edir, lakin bu bölgələrin əksəri səhra və yaşayışa yararsız bölgələrdir.

 

 Jurnalist: Müqavimətin strategiyasını və prinsiplərini kim təyin edir?

 Seyid Nəsrullah: Müqavimət sahəsində görüş və məsləhətlərimiz daim davam edir. İslam Respublikası bu sahənin ürəyi hesab olunur və bu sahədə olan ölkə, hərəkat və xalqların mərkəzi hesab olunur. İslam Respublikası və Suriya rəsmiləri daim əlaqədədir. Müqavimət sahəsində düşüncə prinsipləri eynidir. Baxışlar eynidir və gün keçdikcə bu baxışlar daha da təkmilləşir, daha çox təcrübələr əldə olunur, həmkarlıqlar artır. Şübhəsiz ki, müqavimət arenasında imam və rəhbərimiz Ayətullah Xameneinin (Allah onun kölgəsini daimi etsin) rolu misilsizdir. Bu məsələni hamı qəbul edir.

 

 Jurnalist: İsrail rejimi Fələstinlə problemlərini həll etsə yenə də düşmən hesab olunacaqmı?

Seyid Nəsrullah: Bu məsələ İsrailin mahiyyətini və həqiqətini dəyişməyəcək. İsrail hələ də terrorçu, qəsbkar və işğalçı hesab olunacaq. Bu sual çox uzaq ehtimaldır. Fikrimcə Fələstin xalqının əksəri İsrailə təslim olacağı günü ağıllarından belə keçirmirlər. İsrailin işğalçılıqları heç vaxt rəsmi olaraq tanınmayacaq.

Jurnalist: Sizin Fələstin məsələsinə baxışınız siyasidir ya ideoloji?

Seyid Nəsrullah:  Bizim mövqeyimiz əqidəvi, dini, şəri, hüquqi, əqli və əxlaqidir. Bütün bunlardan sonra siyasidir. Çünki Fələstin müsəlmanların torpağı olub və bu ölkədə olan müqəddəslər bütün müsəlman və xristianlara aiddir. Almaniya, Fransa, Argentina, Braziliya, ABŞ, Kanada, Rusiya və digər ölkələrdə toplanmış və başqalarının torpaqlarını işğal etmiş şəxslərin iddiaları vaxt keçdikcə haqq qazanmayacaq. Yəni, əgər bir nəfər sizin evinizə hücum edib, evinizi əlinizdən alsa, 50-100 ildən sonra sizin eviniz ona aid olacaqmı? Dinlər, məntiq, qanun, şəriət və əxlaq deyir ki, sizin eviniz hələ də özünüzə məxsusdur və evinizi geri almaq sizin təbii haqqınızdır.

 

Jurnalist: Əgər məsələ ideolojidirsə niyə dünyada zülmə məruz qalan digər müsəlmanlara yardım etmirsiniz?

Seyid Nəsrullah: Bizim media və siyasi cəhətdən uyğun mövqe sərgiləyirik. Lakin sizin də bildiyiniz kimi, əməl baxımından insan öz güc və qüvvəsinə baxmalıdır. Fələstin məsələsi təbii olaraq bizim üçün fərqlidir, çünki biz Livandayıq. Əgər biz Banqladeş, Malaziya və ya digər müsəlman ölkələrin qonşusu olsaydıq məsələ tamam fərqli olardı. Lakin onlar bizə çox uzaqdır. Biz ölkə deyilik və lazımı təzyiq gücünə sahib deyilik. Bütün bunlardan əlavə islam dünyasında müxtəlif məsələlər var.

 

Jurnalist: Siz yeni silaha sahib olmusunuz ki, İsraili bu cür təhdid edirsiz?

Seyid Nəsrullah: Bu sual mediada soruşulacaq sual deyil. Yəni bu suala cavab vermək düzgün deyil. Yeni və ya köhnə silaha sahib olduğumuzu demək yanlışdır. Lakin İsrail yaxşı bilir ki, ölkəmizə hücum edərsə bizim, dediklərimizi icra etməyə lazımı gücümüz var.

 

Jurnalist: Bəhreynin gələcəyi barədə nə deyə bilərsiniz?

Seyid Nəsrullah:  Bəhreyn xalqının tutduqları yolu davam etməkdən başqa çarələri yoxdur. Bu məsələnin həlli zamana ehtiyaclıdır. Lakin nə dünyanın, nə də bölgənin vəziyyəti bugünkü kimi qalmayacaq. Ali-Səud və Ali-Xəlifə Bəhreyn xalqının tələblərinə qulaq asmağa məcbur qalacaqlar.

 

Jurnalist: Sizin gənclər arasında sevilməyinizə səbəb nə ola bilər?

Seyid Nəsrullah: Əgər belə bir sevgi varsa yəqin ki, bu cavanlar mənə müqavimətin nümayəndəsi olaraq baxırlar. Mənim bu cavanlara sözüm budur ki, Allaha təvəkkülünüz çox olmalıdır. Ona güvənin, çünki müqavimət Allahın yardımı ilə qalib olub. Bizə yardım edən və bizi qalib edən Allahdır. Bu sözlər real və həqiqi sözlərdir. Biz bu sözlərlə yaşamış və düşmənlə mübarizədə hiss etmişik. Cavanların gələcəyə ümidi çox olmalıdır. Qorxmaq lazım deyil. Son tövsiyəm isə budur ki, bütün bu məsələlərdə əsas rol sahibi yüksək şücaətə və məlumata sahib olan, güclü bəsirət və ayıqlığı olan İmam Xamenei olmuşdur. Əsas rəhbərçilik onun əlində olmuşdur. Bu böyük rəhbəri yaxından tanıyın, vücudunda olan böyük nemətdən istifadə edin, onu öz rəhbəriniz olaraq seçin. Onun rəhbərçiliyi altında bütün insanların istədiyi şeyə, yəni izzətə, qələbəyə, hörmətə, təhlükəsizlyə və qüdrətə sahib olacaqsınız.

Müsahibənin birinci hissəsinə KEÇİD


Seyid Nəsrullah: Bizə yardım edən və bizi qalib edən Allahdır (MÜSAHİBƏ) (II HİSSƏ)

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ-da müsəlman icması bu yolla yoxsul ailələrə sevinc bəxş etdi
    ABŞ-ın Vokiqan şəhərini müsəlmanları ehtiyyacı olan ailələri sevindiriblər.
     16.08.2017
    Binəqədi, Mehdiabad və Novxanıya dörd milyon manat ayrılıb
    İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
     16.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ