EURO 1,8242 NEFT 51,96
USD 1,7022 RUB 0,0303
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ

Kateqoriya : MÜSAHİBƏ

Yayınlanma tarixi:21.02.2017 11:14:14

İran İslam Respunlikasının dövlət kanalı “Hizbullah” lideri Seyid Həsən Nəsrullahdan geniş müsahibə alıb

İslamazeri.az İribnews”-a istinadən müsahibəni sizə təqdim edir:

Jurnalist: Bölgədə baş verən dəyişikliklər, xüsusən Suriya və Yəməndə baş verən hadisələri nəzərə alaraq sizcə bölgənin ümumi vəziyyəti necədir? “Hizbullah” olaraq bölgənin siyasi və təhlükəsizlik məsələlərində rolunuz nə həddədir?

Seyid Nəsrullah: Bölgədə müxtəlif sahə və meydanlarda qarşıdurmaların şahidiyik. Yəmən xalqına qarşı olan müharibə artıq iki ildir davam edir. Bildiyiniz kimi bu müharibədə çox sayda ölkələr iştirak edir. Yəmən hazırda mühasirədədir, 17 milyon yəmənli mühasirə şəraitində yaşayır. Amerika və bir neçə ərəb ölkəsi bu müharibədə Ərəbistanın yanındadır. İsraillilər də bu müharibəyə bir başa müdaxilə edirlər. Bütün bunlara baxmayaraq Yəmənin misilsiz müqavimətinin şahidiyik.
İraqda da qarşıdurmalar pik həddindədir. Mosul, Tələfər və digər məkanlarda İŞİD-lə mübarizə davam edir. Suriyanın bir sıra bölgələrində qarşıdurmalar dayandırılsa da, bəzi yerlərdə davam edir. İsrail bölgədə formalaşan müqavimət qüvvələrinə, xüsusən İrana qarşı təhdidlərini artırıb. Biz ABŞ-da yeni dövlətin şahidiyik. Bu dövlət bölgədə və dünyada yeni mərhələnin başlamasına səbəb olub.
Bəhreyndə həbslər, işkəncə, qətl, edam, mühasirələrə baxmayaraq xalqın müqaviməti 6-cı ilini geridə qoydu. Bütün bunlardan əlavə Livyadan Sina səhrasına qədər, Sinadan Nigeriyaya qədər qarşıdurmaların şahidiyik. “Hizbullah” müqavimətin bir hissəsi olaraq məsuliyyətlərini, xüsusən Livan və Suriyada tanıyır və öhdəsindən gəlir. Biz, bölgəmizi, ölkə və xalqlarımızı hədəfə alan geniş layihəylə mübarizə aparırıq. Bu barədə məntiqli və müsbət rol oynadığımızı düşünürük. Təşkilatımız Livanın daxilində açıq təsirə malikdir. Bölgə üzrə də müqavimətin əsas hərəkatlarından biri və İsrail rejiminin layihələriylə üz-üzə gələn qüvvələrdəndir. İsrail rejimi bu il bizi özlərinə ən böyük təhdid kimi təyin etdilər. Biz kömək edə biləcəyimizi düşündüyümüz məkanlara daxil oluruq. Biz ixtiyarımızda olan imkanlara əsasən iş görürük və gücümüz çərçivəsindən qıraq olan vəzifələri icra etmirik.

Jurnalist: Belə düşünürəm ki, son illərdə “Hizbullah” hərbi meydanlardansa siyasi arenada daha çox fəaldır. Buna münasibətiniz nədir?

Seyid Nəsrullah: Siyasi və ya hərbi  fəaliyyətlərimiz üzləşdiyimiz şərait və gedişatlara bağlıdır. Suriya böhranından öncə, yəni 2006-cı ildən 2011-ə qədər bizim hərbi fəaliyyətlərimiz demək olar ki yox idi. İsrail rejiminin təhdidlərinə qarşı hazır vəziyyətdə idik, lakin siyasi fəaliyyətlərimiz daha parlaq idi. Suriya böhranının başlamasıyla, yəni təxminən 6 ildir ki, hərbi fəaliyyətlərimiz daha gözə çarpır. Biz həm hərbi, həm siyasi, həm də ictimai məsələlərdə fəallıq nümayiş etdiririk. Lakin şəraitə uyğun olaraq bu fəaliyyətlərdən bəziləri daha çox gözə çarpır.

Jurnalist: Bölgədə baş verən dəyişikliklərə uyğun olaraq “Hizbullah”-ın da siyasi və hərbi dəyişiklik etməsinin zəruriliyini düşünmürsünüzmü?

Seyid Nəsrullah: Bizim dəyişikliyə ehtiyacımız yoxdur. Biz inkişaf edirik. Təşkilatımız idarəçiliyini və sistemi lazımı elastikliyə sahibdir. Biz şəraitə uyğun olaraq inkişaf edir və təşkilatçılıq, siyasi və hərbi əsaslarımız imkanlarımıza uyğun olaraq tənzimlənir. Bu mövzu “Hizbullah”-ın uğur qazanmasına səbəblərdən biridir. Biz qarşı-qarşıya gəldiyimiz problemlərlə mübarizə aparmaq gücünə sahibik, çünki rəhbərçilik, idarəçilik və təşkilatçılıq məsələlərində rahatlıqla koordinasiya olunur.

 Jurnalist: ABŞ və İsrail rejimi “Hizbullah”-ı terror təşkilatı olaraq hesab edir. Buna münasibətiniz nədir?

Seyid Nəsrullah: Terrorçular qala-qala digərlərini terrorçu adlandırmaq düzgün deyil. ABŞ dövləti terrorçuların başında yer alır. İsrail tam olaraq terror rejimidir. İşi qətl, təcavüz, ölüm və işğalçılıq olan bir rejim terrorçu hesab olunmalıdır. Elə bu səbəbdən biz, ABŞ və İsral rejimini digərlərini terrorçu adlandırmaq haqqına sahib olduqlarını düşünmürük. Bu bizik ki, onların terrorçu adlandırırıq. “Hizbullah” bölgənin ən şərəfli müqavimət hərəkatlarından biridir. Öz torpaqlarını, xalqını, müqəddəs hesab etdikləri dəyərləri, təhlükəsizliyini, qan və namusunu qoruyan bir hərəkatdır. Mühüm olan islam ümmətinin “Hizbullah”-a olan baxışıdır. ABŞ və İsrailin düşüncəsi və baxışının heç bir əhəmiyyəti yoxdur.

İKİNCİ HİSSƏ


Seyid Nəsrullah: Biz kömək edə biləcəyimizi düşündüyümüz məkanlara daxil oluruq (MÜSAHİBƏ)

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan və İran ruhaniləri arasında da əlaqələr genişlənir - FOTO
    Gürcüstanın baş nazirinin İrana rəsmi səfərilə iki ölkə arasında əlaqələrin genişlənməsindən sonra, iki ölkə ruhaniləri arasında da əlaqələr genişlənməkdədir
     23.04.2017
    Cəbhədə düşmən təxribatı davam edib
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan (16 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub.
     23.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ