1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:05.05.2020 14:38:46

Seyid Həsən Nəsrullah Almaniyanın Hizbullah qərarını pisləyən ölkələr və hökumətlərə də təşəkkür edib

İslamazeri.com iqna-ya istinadən xəbər verir ki, Livanın Hizbullah təşkilatının baş katibi Seyid Həsən Nəsrullah  çıxışında Almaniyanın ABŞ və İsrail rejiminin təzyiqi altında Hizbullahı terror təşkilatı kimi tanıması qərarının gözlənilməz olmadığını vurğulayıb.

Hizbullahın Almaniya tərəfindən terror təşkilatı elan edilməsinə toxunan Seyid Həsən Nəsrullah belə deyib: “Bu qərar gözlənilməz deyildi. Bəzi Avropa ölkələri əvvəllər eyni qərarı vermişdilər. ABŞ, bölgəyə hakim olmağa və İsrail rejimi də işğalçılıq siyasətini davam etdirməyə çalışır. Bu planlara qarşı çıxanlar da müqavimət gücləri olduğu üçün hədəfə alınırlar”.

Almaniyanın ABŞ-ın və sionist rejimin təzyiqi ilə Hizbullahla bağlı bu qərarı verdiyini qeyd edən Seyid Həsən Nəsrullah  “Almaniyada Hizbullahın terror təşkilatı olduğunu sübut edə biləcək heç bir sənəd və dəlil təqdim edə bilmədi. Bu məsələ Almaniyanın qəbul etdiyi qərarın siyasi olduğunu göstərir. Almaniya, Fransa və ya hər hansı bir Avropa ölkəsində bizdən bir qrupun olmadığını söylədikdə tamamilə doğru söyləyirik. İllərdir dünya ölkələrində, xüsusən də Avropa və Latın Amerikasında heç bir təşkilat və ya qrupumuz yoxdur. Uzun illərdir ki, dostlarımızın bizimlə əlaqə qurmaları səbəbi ilə hər hansı bir ölkədə problem yaşamalarını istəmirik”, -deyə əlavə edib.

Seyid Həsən Nəsrullah Almaniyanın Hizbullah qərarını pisləyən ölkələr və hökumətlərə təşəkkür edərək deyib: “Livan hökuməti Almaniya və başqa ölkələrdəki vətəndaşlarını qorumaq üçün qərarlıdır. Biz də sionist rejimə qarşı apardığımız mübarizəni davam etdirərək, hər zaman Livan xalqını müdafiə edəcəyik”.


Seyid Nəsrullah Almaniyanın Hizbullahla bağlı qərarına münasibət bildirdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DİN AXCP fəalı ilə bağlı açıqlama yaydı
    Mayın 29-da Qaradağ Rayon Məhkəməsi AXCP fəalı Ruslan Əmirovu 15 günlük inzibati həbs cəzasına məhkum edib.
     30.05.2020
    Washingtonpost: Trampın sanksiyaları uğursuzdur; İran və Venesuela bunu isbat etdi...
    ABŞ mediası Venesuela sahillərinə İran neft tankerlərinin gəlməsini təqdir edən məqalə hazırlayıb.
     30.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ