EURO 1,9187 TRY 0,2478
USD 1,7 RUB 0,0239
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:13.01.2020 16:14:36

Seyid Həsən Nəsrullah Livanda "şəhidlər gecəsi" tədbirinə canlı bağlantı ilə qoşulub.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Livan Hizbulah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Livanda "şəhidlər gecəsi" tədbirinə canlı bağlantı ilə qoşulub.

Hizbullahın baş katibi ABŞ - İran gərginliyinə toxunaraq deyib: "Amerikanın müqavimət komandanlarını şəhid etməsi cinayətinə cavab bir əməliyyat deyil, uzun bir prosesdir və Amerikanın regiondakı hərbi fəaliyyətinə son qoymalıdır."

Seyid Həsən Nəsrullah General Qasim Süleymani və onun silahdaşlarının anım mərasimində etdiyi çıxışında deyib: "Hacı Qasim sadəcə özü, ailəsi və ya hətta İslam Respublikasını təmsil etmirdi, o regionda bizim ən yaxşı bayraqdarımız idi. General Hacı Qasim Süleymani 2000-ci ildə Livan torpaqlarının azad edilməsində paya malik idi. İranın bərəkətindən Livan müqaviməti İsrail və ABŞ üçün ciddi təhdidə çevrilib." 

"İranda, Əhvaz, Məşhəd, Tehran və Qum şəhərlərində şəhidlərlə vidalaşma mərasimlərində xalqın milyonluq iştirakını hamı gördü. Hacı Qasimin mərasimində dünya nə gördü; İmam ilə vidalaşma mərasimi kimi böyük və misilsiz idi. 

Hacı Qasimin şəhadətinin ən önəmli mənalarından biri budur ki, Amerikanın həqiqi siması bir daha xalqlarımız və dövlətlərimiz üçün aşkar oldu. Amerikanın son illər ərzində özünü stabilliyin təminatçısı kimi təqdim etmək cəhdlərinin əksi sübut olundu.", -deyə Nəsrullah bildirib. 

Livan Hizbullahının baş katibi daha sonra sözlərinə belə davam edib: "Müqavimət komandanlarının şəhadəti ilə nəticələnən Amerikanın cinayətinin cavabı bir əməliyyat ola bilməz. Bu uzun bir prosesdir və Amerikanın regiondakı hərbi fəaliyyətlərinə son qoymalıdır. İranın raket hücumu və Ayn al-Asad hərbi bazasında baş verənlər Hacı Qasimin terrora məruz qalmasına  cavab deyil, bir şillə idi."


Seyid Nəsrullah: 2000-ci ildə Livan torpaqlarının azad edilməsində Hacı Qasimin payı var

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ÜST Rusiyaya koronavirus peyvəndinə görə ağız açdı
    ÜST Rusiyanın COVID-19 əleyhinə peyvəndi ilə maraqlanır.
     06.07.2020
    İsrail koronavirusun güclü hücumunun mərkəzindədir - Netanyahu
    İsrail rejiminin Baş naziri Binyamin Netanyahu çarəsizliyini etiraf edib
     06.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ