EURO 1,897 TRY 0,2815
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. İnfo

Kateqoriya : İnfo

Yayınlanma tarixi:14.02.2019 16:51:14

Bu tarix antik Romada baharın və məhsuldarlığın gəlişi kimi də qeyd olunub.

Qədim Romada 14 fevral günü bütün romalılar üçün əhəmiyyətli bir gün idi. Bu gündə Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq qəbul edilən ilaha hörmət əlaməti olaraq tətil və şənlik edilərdi.

14 fevralın “Valentin günü”adı altında açıq-aşkar qeyd edilməsi rahib Valentinin ölümündən təxminən 226 il sonraya təsadüf edir. Papa Gelasius tərəfindən 496-cı ildə Roma bütpərəstlərindən qalan "Luperkalia" bayramının adı rahib Valentinin şərəfinə dəyişdirilir.

Addəyişmənin səbəbinə gəlincə isə, xristian ruhanilər Romadakı bütpərəstlərin "Luperkalia" bayramına xristian gənclərin də qatıldığından və bütpərəst qızlarla əylənmələrindən narahat olduqlarından gənclərin heç olmasa xristianlığa bağlı adı olan bir şənlikdə - “Müqəddəs Valentin günü”ndə əylənmələrini təmin etdilər.

Bununla da həmin bu “Valentin günü” meydana çıxdı. Başqa sözlə, Xristian kilsəsi Roma bütpərəstlərinin 15 fevralda keçirdikləri kütləvi aşkar əxlaqsızlıq bayramlarını Papa Gelasiusun təşəbbüsü ilə 1 gün əvvəlki tarixə - 14 fevrala rəsmiləşdirdi.

14-cü əsrin ingilis şairi Şauser romantika və sevgi arasında əlaqəni ilk 14 fevralda yaradıb. Şauserin sözlərinə görə, quşlar əks cinsi məhz 14 fevral tarixində seçir.

Bu tarix antik Romada baharın və məhsuldarlığın gəlişi kimi də qeyd olunub.

Rəsmi məlumatlara görə, ABŞ-da insanlar "Sevgililər Günü"ndə hədiyyələrə və şam yeməyinə böyük məbləğdə pul xərcləyir. Bu rəqəm adam başına təxminən 147 dollar edir.

14 Fevralın iqtisadi dövriyyəsi nəzərə alındıqda "kapitalizmin oyunu" olaraq qiymətləndirilir. Ehtiyacdan kənar xərcə təşviq olan bu bayramın qazanc üçün əla fürsət olduğu hər kəsə məlumdur. Belə ki, təkcə 2018-ci ildə ABŞ-da "Sevgililər Günü"ndə təxminən 20 milyard dollar xərclənib.

ABŞ iqtisadiyyatına böyük gəlir gətirən "Sevgililər Günü" dünyanın bir çox ölkəsində də iqtisadiyyata canlanma gətirir. (baku.ws)


“Sevgililər Günü” yoxsa “kapitalizmin oyunu” - Cibimizi boşaldan 14 Fevral

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avropalı deputatdan hicaba dəstək: Qadağanı pislədi
    Avstriyalı deputat hicab qadağasını pisləyib.
     21.05.2019
    Əhsən Nuruzadə cərimə təcridxanasına salınıb
    "Müsəlman Birliyi" Hərəkatının koordinatoru Əhsən Nuruzadə 6 saylı Cəzaşəkmə Müəsisəsində cərimə kamerasına salınıb
     21.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ