EURO 2,0063 NEFT 58,18
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:20.07.2017 10:34:18

Səudiyyənin baş müftisi ölkədə keçirilən cəm ibadətlərin Hənbəli məzhəbinə uyğun olaraq keçirilməsini tələb edib.

İslamazeri.com xəbər verir ki, Quranın “Hamılıqla Allahın ipindən yapışın və ayrılmayın” ayəsini sitat olaraq gətirən Əbdül-əziz bin Abdullah Ali-Şeyx bildirib: “Müsəlmanlara vacibdir ki, qardaşlıq əlaqələrini gücləndirsinlər, daxili və xarici təhlükələrdən qorunmaq üçün bir olsunlar. Buna çatmaq üçün ixtilaflardan uzaq olmalıyıq. Bu səbəbdən bizə vacibdir ki, cəm ibadətlərimizi vahid şəriət əsasında həyata keçirək. Çünki ixtilaf yaratmaq haramdır. Həcc müsəlmanların vəhdəti üçün bir vasitədir. Yalnız hənbəli fiqhi ilə həyata keçirilən həcc qəbuldur. Mən bu məsələni məmurlarla müzakirə etmişəm. Biz çalışacağıq ki, bu məsələni qarşıdan gələn 3 il ərzində həyata keçirək. Bütün müsəlmanlar həcc mərasimini Əhməd bin Hənbəlin göstərişi əsasında həyata keçirməlidir.”

Qeyd edək ki, dünyada hənbəli məzhəbindən başqa digər - sünni; hənəfi, maliki, şafei və şiələrin;  cəfəri məzhəbinin şəriət hökmlərinə əsasən ibadət edən (o cümlədən həcc ibadətləri)  milyonlarla müsəlmanlar var.


Səudiyyənin baş müftisindən qalmaqallı fətva: Yalnız hənbəli fiqhi ilə həyata keçirilən həcc qəbuldur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • YPX işçi axtarır
     19.10.2017
    Astanda növbəti Suriya danışıqlarının vaxtı açıqlanıb
    Qazaxıstan XİN-nin açıqlamasında görüşün 30-31 oktyabrda keçiriləcəyi bildirilib.
     19.10.2017
    Sürücülərin DİQQƏTİNƏ: Maşın ustaları yol polisi ilə əlbir işləyir - RƏSMİ
    Avtomobilinizi təmir etdirmək üçün arayış almasanız sizi cərimə gözləyir.
     19.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ