EURO 1,9828 NEFT 73,13
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:17.07.2017 10:08:06

Səudiyyədə fəaliyyət gösətərən din xadimi Əhməd bin Səid Qərni fələstinlilərdən Əqsa məscidini yəhudilərə təhvil vermələrini istəyib.

İslamazeri.com “Al Alam”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında təbliğat işləri ilə məşğul olan müfti rəsmi tvitter hesabında paylaşımında bildirib: “Əqsa məscidi uğrunda ölmək şəhadət deyil. Ölən fələstinlilərin qanının hörməti Əqsa məscidindən daha azdır? Allahdan qorxun və insanların qanını halal etməyin. Əqsa məscidi uğrunda ölümün şəhadət hesab olunduğunu kim deyib?”

Fələstin xalqına öz rəhbərlərinə itaət etməməyi tövsiyə edən Əhməd bin Səid Qərni bildirib: “Çünki alova odun olan fələstinlilər məğlubiyyətə məhkumdurlar. Çünki yəhudilər bu məsələdən geri çəkilməyəcəklər. Ərəblər də Qüdsün azadlığı üçün qoşun göndərən deyil. Belə olan halda HƏMAS-ın etdiyi işlər intihar hesab olunur. Əqsa məscidi bizimdir, lakin Allahın istədiyi gün bizə qayıdacaq. Biz bunun üçün top-tüfəngə sahib olmalıyıq, daş və bıçağa əl atmamalıyıq.”


Səudiyyəli din xadimi: Fələstinlilər Əqsa məscidindən vaz keçməlidirlər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avropa iqtisadiyyatı 10 milyard dollar ziyana uğrayıb
    Avstriyanın Tehrandakı səfiri Stefan Şults, ABŞ-ın nüvə müqaviləsindən çıxmasından sonra bu qısa müddətdə Avropa iqtisadiyyatının 10 milyard dollar zərərə uğradığını açıqlayıb.
     20.07.2018
    Almaniyadan deportasiya olunanlarla bağlı rəsmi AÇIQLAMA
    Almaniyadan sığınacaq istəyən 51 azərbaycanlı iyulun 18-də Azərbaycana deportasiya edilib.
     20.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ