1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:07.03.2020 11:23:04

Səudiyyə Ərəbistanın kralının qardaşı sabiq daxili işlər naziri Əhməd bin Əbdüləziz, kralın qardaşı oğlu sabiq daxili işlər naziri və vəliəhd Məhəmməd bin Nayif saxlanılıblar.

İslamazeri.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə ilk məlumatı ABŞ mətbuatı yayıb.

"The Wall Street Journal" və sair ABŞ media qurumları bildiriblər ki, ötən gecə və bu gün səhər həyata keçirilən həbslər çərçivəsində kralın qardaşı Əhməd bin Əbdüləziz, kralın qardaşı oğlu Məhəmməd bin Nayif, kralın digər qardaşı oğlu Nəvaf bin Nayif çevrilişə cəhd ittihamı ilə saxlanılıblar.

Qeyri rəsmi və yerli mənbələrin məlumatına görə bu həbslər çərçivəsində Daxili İşlər Nazirliyinin və digər dövlər qurumlarının onlarla hərbi və mülki rəsmiləri saxlanılıblar.

Qeyd edək ki, kral Salman bin Əbdüləziz qardaşı və qardaşı oğlunu vəliəhdlik postundan kənarlaşdıraraq, bu mühüm postu öz oğlu Məhəmməd bin Salmana (hazırki müdafiə naziri) verib.

Ekspertlərin fikrincə həyata keçirilən həbslər ölkədə faktiki iqtidar sahibi olan kralın oğlu Məhəmməd bin Salman tərəfindən rəqiblərinin aradan götürülməsi məqsədilə həyata keçirilir.


Səudiyyədə çevrilişə cəhd: Krallıq ailəsinin bir neçə üzvü saxlanılıblar

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ənsarullahın Səudiyyəyə göndərdiyi fələstinlilərlə bağlı mesaja Həmas-dan cavab
    Həmas Yəmənin Ənsarullah hərəkatına təşəkkür edib
     28.03.2020
    Vəkili Tofiq Yaqublu ilə görüşüb
    Vəkil Elçin Sadigov Tofiq Yaqublu ilə görüşüb.
     28.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ