EURO 1,8427 TRY 0,2563
USD 1,7 RUB 0,022
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:23.01.2020 14:10:10

Səudiyyə İranla müzakirə görüşmələri üçün vasitəçi təklif etdiyini bildirib

İslamazeri.com xəbər verir ki, Səudiyyə Ərəbistanının XİN rəhbəri Riyadın İranla müzakirə görüşmələri üçün vasitəçi təklif etdiyini bildirib.

Reuters agentliyinin xəbərinə görə, Ərəbistanının XİN rəhbəri Faysal Bin Farhan “Bölgənin İran ilə hər hansı bir gərginlikdən uzaq durmasından razıyıq”, -deyə qeyd edib.

Faysal Bin Farhan, İran ilə müzakirə mövzusunda açıqlamalar verməkdə davam edərək “İranın bölgədəki faktorlarını güc yolu ilə dəstəkləməməsi şərtilə İran ilə dialoqu məmnuniyyətlə qarşılayırıq və hazırıq.” - deyib.

Ərəb nazir diplomatik yolla İranı öz prioritetlərindən çəkinməklə Ərəbistanın yaxınlaşmasını "üstüörtülü" surətdə özlərinin də müzakirələrə hazır olmasını dünyaya göstərmək istəyib.

İran diplomatiyasının buna cavabı maraqlı olub.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün tvitter hesabında ərəb nazirə cavab verib.

O “Biz bölgənin mənfəətlərinə xidmət edəcək hər cür ortaq addım atmağa hazır olduğumuzu elan edirik.”, -deyib.

Təbii ərəb nazirin diplomatik dillə İranı prioritetlərindən uzaqlaşdırması təklifinə, İranlı nazirin də onun tərzində cavab verməsi gözlənililirdi. Belə ki, Zərifin "bölgənin mənfəətləri" dedikdə ABŞ-ın əleyhinə olan, bölgənin müstəqil olmasına işarə etməsi diqqətdən qaçmayıb.

Ərəbcə paylaşımında Zərif “Biz bölgə xaqlarına ümid, sabitlik və rəfah gətirəcək hər addımı məmnuniyyətlə qarşılayırıq”, -deyə əlavə edib.

Ərəb nazirin  "bölgədəki güc faktorları" kimi adlandırdıqlarını Zərif "bölgə xalqları" olaraq gördüyünü, Səudiyyənin "güc yolu ilə dəstəkləmək" məsələsini isə "sabitlik və rəfah üçün İrandan ümid umanların ümidlərini doğruldacaqları" ilə cavab verməsi sanki diplomatik dueli xatırladır.

Onu da qeyd edək ki, burada məzhəb faktorunu Səudiyyə istifadə etsə də, əslində ABŞ-ın Yaxın Şərqdəki müttəfiqi kimi həmişə İranın qarşısında durmaq istəyir. Suriya, İraq, Livan, Yəmən kimi ölkələrdə bu iki ölkə istər diplomatiya, istər güc yolu ilə qarşı-qarşıyadır. İran dəfələrlə Səudiyyəni ABŞ-ın maraqlarından uzaq tutmağa çalışsa da, Səudiyyə İranın bölgəni ələ keçirəcəyindən və xalqları gücləndirərək İranda olduğu kimi, ərəb ölkələrindəki şah-kral rejimlərinin devrilməsinə səbəb olacağını düşünür. Pəhləvinin şah olduğu zamanlarda, Səud kralının ona çox yaxın olduğu, hətta həddindən artıq böyük "ağa" kimi ona təzim etdiyini göstərən tarixi videolar mövcuddur.


Səudiyyə və İranın "müzakirə" dueli

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsrail əhalisinin sayı az olanlar arasında koronavirusa ən çox yoluxan üçlükdədir
    İsraildə koronavirusa yoluxma halı günü gündən çoxalır
     03.04.2020
    Koronavirus Türkiyədə necə yayıldı?
    Koronavirusun Türkiyədə yayılması ilə bağlı ölkənin Səhiyyə naziri Fahrettin Kocanın açıqlamasından sonra bu ölkədə virusun yayılmasının necə başlama və yayılması ilə bağlı Hürriyətdə bir xəbər yayılıb.
     03.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ