EURO 2,0152 NEFT 63,86
USD 1,7001 RUB 0,0291
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:06.09.2017 12:37:40

İslam dünyasının mərkəzində yer alan, müsəlmanların qibləsinin yerləşdiyi torpaqlarda hakimiyyət edən Səudiyyə Ərəbistanının İslam dünyasına qarşı xəyanətləri və zülmləri bitmək bilmir.

İslamazeri.com türkiyəli yazarın Səudiyyə rejiminin İslam dünyasına etdiyi xəyanətlər barədə araşdırmasını diqqətinizə çatdırırıq.

Səudiyyə Ərəbistanı qurulduğu gündən bu günə qədər  İslam torpaqlarının mərkəzində yer almasına baxmayaraq, İslama xəncər vurmaqdan, xəyanət etməkdən başqa bir şey etməyib. Ərəb ölkələrinin böyüyü olaraq adlandırılan Səudiyyə rejimi quruluş dönəmində ingilislərlə razılığa gələrək Osmanlıya xəyanət etməklə İslam dünyasına ilk yarasını vurmuşdu. İslam dünyasının vəhdətə ehtiyac duyduğu bir anda qərbli müstəmləkəçilərin səlib yürüşlərindən sonra İslam torpaqlarını ikinci dəfə işğal etdiyi bir zamanda ingilislərin planlarına uyaraq İslam dünyasında sonu olmayan problemlərin təməlini qoymuşdular.

Vəhabilik təfəkkürünün əsasında qurulmuş Səudiyyə rejimi müqəddəs torpaqlardaki dini məkanları təxrib edən, müsəlmanların vəhdətinə əngəl olan,  İslam dünyasının mərkəzində yer alan və  İslama ən böyük zərbələri  vuran, ən böyük xəyanətləri edən ölkələrin başında gəlməkdədir.  Səudiyyə rejiminin bəslədiyi vəhabilik zehniyyəti təkfirçi terrorizmin yaranmasına səbəb olaraq  İslam dünyasına, müsəlman olmayan İslam düşmənlərinin verdiyi zərərlərdən daha çox zərər verməkdədir. Sözügedən rejim bu zehniyyətin dünyada yayılması üçün böyük bir sərmayə qoyaraq İslam dünyasına verdiyi zərəri hər gün biraz daha artırmaqdadır. Səudiyyə Ərəb dövlətləri və müsəlman ölkələri ilə müxtəlif qruplaşmalar yaradaraq sözdə müsəlmanların problemlərini həll etmək, müsəlman ölkələrinin inkişafına xidmət etmək  hədəfləri qoysa da, həqiqətdə pərdə arxasında və ya aşkar bir şəkildə İslam düşməni olan ölkələrlə gəldiyi razılıqlar və fəaliyyətlərlə İslam dünyasına qarşı xəyanətlərinə davam etməkdədir. Bölgədə yaşanan son hadisələrə nəzər etdiyimizdə İslama zərər verəcək bütün planlarda Səudiyyənin iştirakını görməkdəyik.

Ərəb baharı adı altında İslam dünyasına son zərbəni endirməni, bölgəni tam anlamda sümürməyi və bunu müsəlmanları bir-birinə öldürtdürərək etməyi planlayan ölkələrlə iş birliyinə girmiş olan Səudiyyə rejimi bölgədə yaranan bütün terror qruplaşmalarının maddi və mənəvi dəstəyi olmuşdu.

Bölgədəki planlarını reallaşırmaq üçün Əl Qaidə, İşid, Nusra kimi terror qruplaşmaları yaradan və himayə edən başda ABŞ və İsrail kimi ölkələri maliyyələşdirmək də Səudiyyə rejiminin üstündədir. Üstəlik ABŞ-a tabe olan terror qruplaşmaları Suriyada, İraqda, Liviyada, Əfqanıstanda müsəlmanların boğazının kəsərkən aylıq maaşlarını Səudiyyə və onunla həmrəy ölkələrdən alırlar.  Səudiyyə rejiminin birbaşa və ya dolayı yollarla bu terror qruplaşmalarına verdiyi maddi dəstəyin miqdarı milyard dollarlarla başa gəlməkdədir. Səudiyyə rejimi Suriyada hakimiyyəti yıxmaq üçün sözdə müxaliflər adlandırılan  əli silahlı terroristləri yetişdirərək və onlara maddi və logistik dəstək olaraq milyonlarla insanın həyatını itirməsinə, evsiz qalmasına səbəb olmuşdu. Burada suriyalı müxalifləri dəstəkləməyin əsl məqsədi isə İsrail üçün böyük problem olan Suriya dövlətini parçalamaq və sionist rejimli İsrailin işğalçılıq siyasətinə və müsəlmanların qətliamına yardımçı olmaqdır. Səudiyyə rejiminin işğalçı rejim sionist İsraillə gizli görüşləri, müqavilələri İslam dünyasının kürəyinə vurulmuş en böyük xəncərlərdən biridir.

ABŞ prezidenti Trampın Ərəbistana etdiyi ziyarətdə səudiyyəli kralla qılınc rəqsi etməsi və iki ölkə arasında imzalanan 380 milyon dollarlıq müqavilə Səudiyyənin  müsəlmanlara etdiyi zülm və xəyanətlərdən biri olaraq dəyərləndirilə bilər ki, bu rejim xalqın və dövlətin pulunu ABŞ-a verərkən alınacaq silahlarla birbaşa müsəlmanları öldürməkdədir. Eyni zamanda ABŞ-ın kölgəsi olan səudiyyəli kral və şahzadələri bu müqaviləni həyasız bir şəkildə müvəffəqiyyət və uğur kimi qiymətləndiriblər. Xatırladaq ki, bu rejim ölkədə heç bir müxalifətə icazə verməyərək müxalifətçiləri edam etməkdə, öz xalqına divan tutmaqdadır. Yenə bu günlərdə ölkənin şərqində yerləşən Avamiyədə öz xalqını öldürərək etdiyi cinayətlər və bunları ört basdır etmək üçün beynəlxalq təşkilatları və medianı susdurmaq üçün xərclədiyi pullar bu ölkənin İslam dünyasına verdiyi zərərlərdən biri olaraq tarixə yazılacaq. Köməksiz Avamiyə camaatı bu rejimin silahlı gücləri qarşısında ya ölmək ya da evlərini tərk etmək  məcburiyyətində qalıblar. Öz xalqına etdiyi zülümlərlə yanaşı Bəhreyndə xəlifə rejiminə qarşı haqlarını tələb edən sivil vətəndaşların da etirazlarının vəhşicəsinə yatırılmasına, zindanlara atılmasına, işgəncə verilərək öldürüməsinə dəstək verməkdədir. ABŞ-ın bölgədəki planlarının icraçısı və maddi qaynağı olan Səudiyyə rejimi ABŞ-ın əmriylə qardaş, dost və ortaq ölkə olan Qətəri terrorizmə dəstək verməklə günahlandırmış və  bu ölkə ilə olan bütün münasibətlərini kəsərək ona embarqo qoyub. İslam ordusu quraraq İslam ölkələrini müdafiə etmək şüarı ilə yola çıxan rejimin etdiyi bu iş həm müstəkbirlərin xidmətində olacaq ordunun qurulmadan dağılmasına zəmin yaratdı, həm də ABŞ və müttəfiqlərinə xidmət etdiyini təsdiqlədi.

Bu rejimin İslam dünyasına vurduğu yaralardan birini isə Yəməndə müşahidə edirik. 3 ilə yaxın sürən müharibədə  ərəb coğrafiyasının ən kasıb ölkəsinin məzlum xalqına əlindəki bütün imkanlarla hücum edən Səudiyyə rejimi 10 minə yaxın insanın ölməsinə, 20 min insanın yaralanmasına və 664 məscidin yerlə yeksan olmasına səbəb olub. Səudiyyə rejiminin bu ölkəyə dağıdıcı hücumu və etdiyi cinayətlərlə birgə qoyduğu embarqo ölkədə vəba xəstəliyinin baş almasına və minlərlə insanın bu xəstəliyə tutularaq həyatını itirməsinə səbəb olub.

Ərəb dövlətlərinin böyük qardaşı və müsəlmanların müqəddəs torpaqlarını hakimiyyəti altında qəsb edərək udan Səudiyyə rejimi kim bilir İslama və müsəlmanlara daha nə qədər xəyanətlər edəcək.   


Səudiyyə rejiminin İslam dünyasına etdiyi xəyanətlər - Türkiyəli yazardan araşdırma

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Polşada qalmaqal: Yəhudiləri oğru və vətən xainləri ilə bir tutdular
    Polşada iş adamının elanı qalmaqala səbəb olub.
     24.11.2017
    İŞİD daxilində parçalanma: Terrorçuların başları kəsildi - SƏBƏB
    İŞİD terror təşkilatı öz üzvlərini öldürüb.
     24.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ