EURO 2,007 NEFT 62,73
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:15.03.2017 17:54:42

Erkən İslama aid tikililərin dağıdılması Səudiyyə Ərəbistanın qərbində Hicaz ərazisində, xüsusən müqəddəs Məkkə və Mədinə şəhərlərinin ətrafında indi də davam edən bir fenomendir...

Erkən İslama aid tikililərin dağıdılması Səudiyyə Ərəbistanın qərbində Hicaz ərazisində, xüsusən müqəddəs Məkkə və Mədinə şəhərlərinin ətrafında indi də davam edən bir fenomendir. Əsasən Hz. Məhəmməd (s) və erkən İslam tarixinin əsasını qoyan bir çox şəxslərlə əlaqəli olan məscidlər, qəbiristanlıqlar, evlər və tarixi ərazilər uçurulma məqsədilə hədəfə alınmışdır.[1] Səudiyyə Ərəbistanında bu tikililərin dağıdılması durmadan artmaqda olan Həcc ziyarətçilərini yerləşdirmək məqsədilə Məkkədə Məscid əl-Həramın və Mədinədə Peyğəmbər Məscidinin və onların köməkçi xidmət vasitələrinin rəsmi surətdə genişləndirilməsi prosesinin bir hissəsidir.[2]

 

Səudiyyə Ərəbistanı
Hicazda İslam


1932-ci ilə qədər Ərəbistan yarımadasının əksər hissəsi üçüncü və hazırki Səudiyyə hakimiyyəti tərəfindən siyasi olaraq birləşdirilmişdi. Kral Əbdüləziz ibn Səudun rəhbərliyi ilə onun ruhlandırılmış qəbilə üzvlərindən ibarət bədəvi ordusu tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəticəsində Hicaz zəbt edildi və Haşimi tayfası hakimiyyətdən kənarlaşdırıldı. Əsasən tayfa üzvlərindən ibarət olan və yazı-pozu bilməyən Nəcdli yeni idarəçilər çox mürəkkəb bir cəmiyyətin başçıları oldular. “Məclis əş-Şura” (Məsləhət şurası) sisteminə əsaslanan birgə siyasi struktur yüz illər ərzində orada mövcud olmuşdur. Mərkəzi idarəetmə orqanı orta məktəblərə, hərbi və polis qüvvələrinə xərclənən büdcəyə nəzarət edirdi.[3] Eynilə, Nəcd və Hicazın dini strukturu həddən artıq müxtəlif idi. Ənənəvi Hicaz mədəni adət-ənənə və ritualları təbiətcə demək olar ki, təmamilə dini idi. Hz. Məhəmmədin (s), onun ailəsinin və səhabələrinin şərəfinə keçirilən mərasimlər, vəfat etmiş müqəddəs şəxsiyyətlərə hörmət, onlara məxsus qəbir, türbə və ziyarətgahların ziyarət edilməsi Hicazda mövcud olan İslamın yerli dəyərlərindən idi.[4]

Hicazın idarəetmə hüququ daxildən Nəcd (vəhhabi) müsəlmanlarının əlinə keçdikdə Vəhhabi alimləri burdakı yerli dini mərasimləri dinin əsas fundamentlərini əvəz edən əsassız xurafat və bidət hesab etdilər.[5] Bunun ardınca Hz. Məhəmmədin (s) ailəsi və səhabələrinə məxsus tikililər, türbələr, məqbərələr və məscidlərin məhv edilməsinə başlandı.[6]

Tikililərin ilkin məhv edilməsi prosesi 1806-cı ildə Birinci Səudiyyə Dövlətinin vəhhabi ordusu Mədinəni işğal etdikdə və sistematik olaraq Cənnət əl-Bəqi qəbiristanlığındakı tikililərin bir çoxunu məhv edərək düzəngaha çevirdiklərində başlanmışdı.[7] Peyğəmbər məscidinin (Məscid ən-Nəbəvi) yaxınlığındakı bu böyük qəbiristanlıq Məhəmmədin ailəsinin bir çox üzvlərinin, yaxın səhabələrinin və erkən İslamın əsas şəxsiyyətlərinin qalıqlarına ev sahibliyi edir. Daha tolerant olan və öz zamanlarında İslamın mistik qolunu təmsil edən Osmanlı türkləri Bəqi qəbiristanlığında qəbirlər üzərində möhtəşəm məqbərələr tikmişdilər. Bütün bunlar vəhhabilər tərəfindən dağıdılmışdı. Şəhər ətrafındakı məscidlər də hədəfə alınmışdı və hətta Məhəmmədin məzarının dağıdılmasına da cəhd edilmişdi.[8]

Bu sonuncu hərəkətin (Hz. Məhəmmədin (s) məzarının dağıdılmasına cəhdin) Hindistandan belə geniş müsəlman ictimaiyyəti tərəfindən tənqid olunması son nəticədə bu tikiliyə yönəlmiş cəhdin qarşısını aldı. Səudiyyə tərəfindən türklərin ərazi nəzarətinə qarşı siyasi iddiaları Osmanlı-Səudiyyə müharibəsinin başlanğıcını qoydu. Müharibənin sonunda Səudiyyə uduzdu və nəticə olaraq vəhabi tayfa üzvləri Hicazdan içəri doğru geri çəkilməyə məcbur oldular. Türk ordusu regiona nəzarəti yenidən ələ keçirdi və daha sonra 1848-1860-cı illər ərzində müqəddəs tikililərin bərpasını həyata keçirdi. Bu tikililərin əksəriyyəti Osmanlı dizayn və usta işinin ən yaxşı nümunələri ilə işlənmişdir.[9]

21 aprel 1925-ci il tarixində Bəqidəki məqbərə və gümbəzlər yenidən yerlə yeksan edildi[9] və Hz. Məhəmməd (s) onun ailə üzvləri və nəslinin qəbirləri bu günə qədər də həmin vəziyyətdə qalıblar. Hz. Məhəmmədin (s) məzarı üzərində yazılan, müəllifi əhli-sünnə alimi Məhəməd əl-Busiri (1211-1294) olan məşhur əl-Burda qəsidəsinin (qəbirdə qəsidədən bir parça yazılmışdı) üzəri rənglənərək görünməz hala salınmışdı.

Həmin vaxt hədəf alınan səciyyəvi tikililər arasında Hz. Məhəmməd (s) onun əmisi və ən sevimli dəstəkçilərindən olan məşhur Həmzə ibn Əbdülmütəllib də daxil olmaqla Uhud döyüşü şəhidlərinin məzarları, Hz. Məhəmmədin (s) qızı Hz. Fatimeyi-Zəhra Məscidi, Minarəteyn məscidi, həmçinin Uhud döyüşündə Hz. Məhəmmədin (s) aldığı zərbədən sınan dişinin basdırıldığı yerdə ucaldılan qübbə - Qübbətül-Sənaya[9] da var idi.

Bu müddətdə Mədinədə Hz. Məhəmmədin (s) misirli xristian (qubti) həyat yoldaşı Mariyanın evi və onların övladı İbrahimin doğum yeri olan Məşrubat Ümmü İbrahim, həmçinin onun yaxınlığındakı Hz. Musa əl-Kazımın (ə) anası Həmidə əl-Bərbəriyyənin məzarı da dağıdılmışdı.[9] Bu ərazi yenidən döşənmiş və hazırda məscidin yanındakı böyük mərmər eksplanadanın bir hissəsidir.

Səudiyyə Ərəbistanının dövlət tərəfindən təyin edilmiş daimi elmi komitəsi şirkə aparan həddən artıq göstərilən ehtiramı qeyd edərək İslami qaydalar silsiləsində bu cür tikililərin uçurulmasına göstəriş vermişdir.[10]

 

Dini irs əraziləri üzrə siyasətin tənqidi


Son dövrdə Məkkə və Mədinədə tikililərin dağıdılmasında artım müşahidə edilir. İllik Həcc ziyarətləri ildən-ilə artdığından Səudiyyə hökuməti iki məscid ətrafındakı köhnə yaşayış məntəqələrini sökərək ziyarətə aid infrastrukturlar üçün yol açmağı vacib hesab etmişlər. 2010-cu ildə tikintini həyata keçirənlərin şəhər tarixində bu ən böyük genişləndirmə layihəsinə təxminən 13 milyard dollar xərcləyəcəkləri proqnoz verilmişdi.[11] Çox sayda ziyarətçinin (zəvvarın) yerləşdirilməsi üçün obyektlərə ehtiyac duyulmasında böyük əksəriyyət razılığa gəlsə də, yüksək səviyyəli hotellərin inkişafı, çoxmərtəbəli binalar, restoranlar, ticarət mərkəzləri və hətta iki dəbdəbəli spa[12] bəzi mütəxəssislərin çoxlarının İlahi təyinatla müsəlmanlar üçün ibadətgah yeri hesab etdikləri məkanın həddən artıq kommersiyalaşdırılmasını tənqid etmələrinə səbəb olmuşdur. Məkkə və Mədinədə kapitalist investisiyaların sürətli axını pul və iqtisadi artımın Səudiyyə hökuməti üçün ən başlıca məqsəd olmasına bir çoxlarını inandırmışdır. Tənqidçilərin fikrincə Səudiyyə hökuməti vəhhabi əqidəsinə qarşı olan adətlərə rəvac verən hər bir ünsürü aradan qaldırmaqla Müqəddəs şəhərlərin çox mühüm mədəni və sosial mexanizmlərini məhv edib.[13]

 

Dağıdılmış tikililər


1801 və 1802-ci illərdə Səudiyyəlilər Əbdüləziz ibn Məhəmməd ibn Səudun başçılığı altında İraqdakı müqəddəs şiə məntəqələri olan Kərbəla və Nəcəfə hücum edib tutdular, müsəlman əhalinin bir hissəsini qətlə yetirdilər, Hz. Məhəmmədin (s) əmisi oğlu və kürəkəni olan Hz. Əlinin (ə) oğlu və Hz. Məhəmmədin (s) nəvəsi Hüseynin türbəsini dağıtdılar. (bax: əvvəldə Səudiyyənin dəstəyi qeyd edilib) 1803 və 1804-cü illərdə Səudiyyəlilər Məkkə və Mədinəni işğal etdilər, Müsəlman Dünyasının qayda-qanunlarının pozulmasını, bütpərəstliyə səbəb olmalarını əsas gətirərək tarixi abidələri və müxtəlif müqəddəs müsəlman tikililərini və Hz. Məhəmmədib (s) qızı Hz. Fatimənin (s.ə) məzarı üzərində tikilmiş ziyarətgah da daxil olmaqla bir çox ziyarətgahları dağıtdılar, hətta Hz. Məhəmmədin (s) qəbrini də məhv etməyə cəhd etdilər.[14][15][16] Məkkədə Hz. Məhəmmədin (s) birinci həyat yoldaşı Hz. Xədicə binti Xuveylid (s.ə) də daxil olmaqla digər yaxın qohumlarının əl-Muəalla qəbiristanlığındakı türbələri də dağıdılmışdır.[17]

Aşağıda dağıdılmış tikililərin tam olmayan siyahısı verilmişdir.

 

Məscidlər


Seyyidüş-Şühəda Həmzə ibn Əbdülmütəllibin (ə) qəbri üzərindəki məscid[9]
Hz. Fatimeyi-Zəhra məscidi[9]
Minarəteyn məscidi[9]
2002-ci ildə avqust ayının 13-də dinamitlə partladılmış Seyid İmam əl-Ureyzi ibn Cəfər əs-Sadiqin məscid və məzarı
Mədinədə Xəndək müharibəsi ərazisində yerləşən 4 məscid
Əbu Rəşid məscidi.[18]
Mədinədəki Salman əl-Farsi məscidi.[18]
Mədinədəki Rəcat əş-Şəms məscidi.[18]


Qəbiristanlıq və türbələr


Cənnət əl-Bəqi qəbiristanlığı. Mədinədə yerləşir, yerlə yeksan edilib, hal-hazırda sadəcə kişilərin ziyarəti üçün açıqdır.
Cənnət əl-Muəlla qəbiristanlığı. Məkkədə yerləşən qədim qəbiristanlıqdır.[18]
Hz. Musa əl-Kazımın (ə) anası Həmidə əl-Bərbəriyyənin qəbri.
Hz. Məhəmmədin (s) anası Əminə bint Vəhbin qəbri. 1998-ci ildə buldozerlə uçurulub və yandırılıb.
Bəni-Haşimin qəbirləri. Məkkədə yerləşir.[18]
Uhud dağındakı Həmzənin (ə) və digər Uhud döyüşü şəhidlərinin türbələri dağıdılmışdır.[18]
Həvvanın türbəsi. Ciddədə yerləşir.[18] 1975-ci ildə betonla möhürlənib.
Hz. Məhəmmədin (s) atası Abdullah ibn Əbdülmütəllibin qəbri. Mədinədə yerləşib.[18]


Tarixi dini tikililər


Mövlud evi - 570-ci ildə Hz. Məhəmmədin (s) doğulduğuna inanılan yer. Əvvəlcə kitabxanaya çevrilmiş, hal-hazırda isə vəhhabi alimlərinin bu yerin dağıdılmasına qərar vermələrindən sonra 70 il əvvəl kompromis olaraq tikilmiş və etinasızlıqdan bərbad vəziyyətdəki bir evin altında yerləşir.[19]
Hz. Məhəmmədin (s) birinci həyat yoldaşı Hz. Xədicənin (ə) evi. Müsəlmanların inancına görə, ilk vəhylərin bir qismi həmin evdə nazil olub. Həmçinin həmin evdə övladları Hz. Fatimə və Qasım dünyaya gəliblər. 1989-cu ildə Məscidül-Haramın genişləndirildiyi vaxt üzəri örtülmüş və sonra isə kitabxanaya çevrilmişdir.
Hz. Məhəmmədin (s) Məkkədən hicrət etdikdən sonra Mədinədə yaşadığı ev.[18]
Əl-Ərqəmin evi (Dar əl-Ərqəm ibn Əbil-Ərqəm) - Hz. Məhəmmədin (s) Məkkədə dərs dediyi ilk islami məktəb hesab edilir.[19]
Qubbətül-Sənaya - Uhud döyüşündə Hz. Məhəmmədin (s) sınan dişinin basdırıldığı yer.[9]
Məşrubat Ümmü İbrahim - Hz. Məhəmmədin (s) Mariyadan olan oğlu İbrahimin doğum yerinin işarələnməsi məqsədilə tikilmişdir.
Zəmzəm quyusu üzərində tavan rolunu oynayan gümbəz.[18]
Mədinədə yerləşirən "Beytül-əhzan" - Hz. Fatiməyə (s.ə) məxsus olduğu deyilən ev. Atası Hz. Məhəmmədin (s) ölümünə kədərləndiyindən bu evdə yas saxladığı üçün azərbaycanca "Qəm evi" mənasına gələn "Beytül-əhzan" adlandırılıb.[18]
İmam Cəfər əs-Sadiqin (ə) evi.[18]
Məkkədə yerləşən Bəni Haşim Məhhəllə kompleksi.[18]
İmam Həsən və Hüseynin (ə) doğulduğu ev olan Hz. Əlinin (ə) evi.[18]

 

İstinadlar

 

Mənbə: Vikipediya


Səudiyyə Ərəbistanında erkən İslam abidələrinin dağıdılması

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Humanitar təşkilat: Aclıq və xəstəlik səbəbilə Yəməndə hər gün 130 uşaq ölür
    Səudiyyə Ərəbistanının tətbiq etdiyi blokada Yəməndə humanitat böhranı şiddətləndirib.
     17.11.2017
    Cübran Bassil: Bəzi qüvvələr Livan-Rusiya qaz müqaviləsini pozmağa çalışır
    Livanın XİN rəhbəri Rusiyadan regionda güc balansını təmin etməyi xahiş edib.
     17.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ