EURO 1,9983 NEFT 62,82
USD 1,7001 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:15.06.2017 17:05:40

Sionist mediada yer alan xəbərə görə, ər-Riyad ilə Təl-Əviv arasında uçuşlar başlayacaq.

İslamazeri.com bildirir ki, sionistlərə aid "Yediot Aharanoot" qəzetinin bu gün yaydığı bir xəbərə görə, Təl-Əvivlə ər-Riyad arasında uçuşlar başlayacaq. Qəzetin bildirdiyinə görə, bu il fələstinli hacıların Təl-Əvivdəki Ben Qurion Hava Limanından Səudiyyə Ərəbistanına birbaşa uçması üçün təyyarə səfərləri təşkil olunacaq.

Qəzetin yaydığı xəbərə görə, işğal rejimi ilə Səudiyyə Ərəbistanı arasında normallaşma prosesinin başlanğıcı olacaq bu tətbiq Səudiyyə Ərəbistanı üçün də bir ilk olacaq. Qəzet bunun üçün son dövrdə ABŞ, Fələstin Rəhbərliyi, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail arasında gizli görüşlər keçirildiyini bildirib.

Qəzetin xəbərinə görə, Sionist rejimi ilə Səudiyyə Ərəbistanı arasında rəsmi olaraq birbaşa əlaqə olmadığından bir keçid forması olaraq hələlik təyyarələr İordaniyanın paytaxtı Amman hava limanına qısa müddətə enəcək və oradan Səudiyyə Ərəbistanı istiqamətinə uçuş edəcək.

Xəbərdə ilk mərhələdə təyyarələrin İsrail, ya da Səudiyyə Ərəbistanı hava yolu şirkətlərindən birinə aid olmayacağı, bir başqa ölkənin hava yolu şirkətinin bu səfərləri həyata keçirəcəyi bildirilib.

Qəzet bu tətbiqin ABŞ-ın xüsusilə üzərində dayandığı İsrail ilə hələ bilavasitə əlaqə içində olmayan ərəb ölkələri arasında normallaşma prosesinin bir hissəsini təşkil edəcək. Sonrakı mərhələdə işğal altındakı Fələstin torpaqları üzərindən Səudiyyə Ərəbistanına birbaşa səfərlərin təşkili planlaşdırılır.

Həmçinin İsrailin nəqliyyat və kommunikasiya naziri İsrail Katz ABŞ nümayəndəsinə "sülh xətti" adını verdikləri regional bir dəmir yolu layihəsi təqdim etdiklərini söyləyib. Verilən məlumata görə, bu kəmər işğal altındakı torpaqlardan (Fələstin - red.) İordaniyaya, oradan da Səudiyyə Ərəbistanına qədər olacaq.


Səudiyyə Ərəbistanı ilə İsrail arasında təyyarə uçuşları başlayır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev: “Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması bizdə böyük narahatlıq yaradır”
    “Fövqəladə İslam Zirvə görüşünün təşkilinə görə Prezident Ərdoğana təşəkkür edirəm. Prezident Ərdoğanın təşəbbüsü ilə keçirilən bu Zirvə görüşü Türkiyənin İslam həmrəyliyi işinə verdiyi töhfənin növbəti təzahürüdür”.
     13.12.2017
    Avtomobil Bakıda yolu keçən jurnalisti vurub öldürdü
    Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
     13.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ