EURO 1,9267 NEFT 68,08
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:22.10.2018 17:02:01

“Mən sizə zəmanət verə bilmərəm..."

İslamazeri.com-un TASS-a istinadən verdiyi xəbərə əsasən, dünya bazarındakı təkliflərlə bağlı qeyri-müəyyənliklərə görə neftin 1 barelinin qiyməti 100 dollar həddini keçə bilər. Bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bildirib.

“Mən sizə zəmanət verə bilmərəm, çünki əvvəlcədən digər istehsalçılarda nələrin baş verəcəyini deyə bilmərəm.”, - deyə səudiyyəli nazir neft qiymətlərindəki mümkün artış barədə sualı cavablandırarkən qeyd edib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının oktyabr ayındakı gündəlik neft hasilatı 10,7 milyon bareldir və lazım gələrsə, bu göstərici 12 milyon barelədək artırıla bilər.

“Lakin bazarda 3 milyon barellik itki olarsa, biz bu qədər həcmin yerini doldura bilməyəcəyik, buna görə də biz anbarlardakı neft ehtiyatlarından istifadə etməliyik.”, - deyə əl-Falih bildirib.

O həmçinin xatırladıb ki, OPEK+ ölkələri yeni pik göstəricilərin baş verməməsi üçün hasilat həcmini artırır.

O əlavə edib ki, əgər hasilatın azaltma siyasəti davam etdirilsəydi, neftin 1 barelinin qiyməti yenidən 100 dolları keçərdi.


Səudiyyə: Neftin qiyməti 100 dolları keçə bilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sabahın hava proqnozu
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha gözlənilən hava proqnozunu açıqlayıb.
     16.11.2018
    Azərbaycanda spirtli içki və tütün məmulatları bahalaşıb
    Bu ilin oktyabr ayında Azərbaycanda spirtli içkilər sentyabr ayına nisbətən 1,8% bahalaşıb.
     16.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ