EURO 1,9008 TRY 0,2779
USD 1,7 RUB 0,0262
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.05.2019 16:01:31

Bir müddət əvvəl Səudiyyə Ərəbistanı iki gəmisinin diversant hücuma məruz qalmasıyla bağlı açıqlama verib

İslamazeri.com xəbər verir ki, Fucəyrə limanında Səudiyyə və BƏƏ-nin gəmilərində partlayışlar meydana gəlib. BƏƏ əvvəl xəbəri təkzib etsədə, sonradan gəmilərdəki parltayış xəbərini təsdiq ediblər.

Bir müddət əvvəl Səudiyyə Ərəbistanı iki gəmisinin diversant hücuma məruz qalmasıyla bağlı açıqlama verib.

Səudiyyənin Energetika naziri Xalid Əl-Falix bildirib ki, gəmilərə qarşı həyata keçirilən diversiya, böyük miqdarsa ziyana səbəb olub. 

Onun sözlərinə görə, gəmi nefti ABŞ-a aparırmış.

"Xoşbəxtlikdən, hücum insan itkisi və neftin tökülməsinə səbəb olmayıb", -deyə Əl-Falix bildirib.

Səudiyyəli nazir bu diversiya hücumunun təfərrüatları və şübhələndikləri ölkənin adını çəkməyib.

Körfəz ölkələri üzrə ekspert Tarik İbrahim Fuceyrədə baş verən hücumlarla bağlı maraqlı açıqlamaları ilə yadda qalıb.

"Biz özümüzə sual verməliyik ki, İranı bu məsələdə ittiham etmək üçün üçüncü tərəf cəl edilməyibki? Fuceyrədə gəmilərə hücum - strateji əməliyyatdır, yəni - bunu terror qruplaşması həyata keçirə bilməz. Neft eksportu həyata keçirən gəmilərə Hörmüz Boğazından hücum edilib. Hər kim edibsə, İran və ya İrana bağlı deyil. Bu İran iqtisadiyyatına zərbə məqsədi daşıyır. Mən İsrailin bu məsələdə əlinin olmasını istisna etmirəm. İsrailin logistika və informasiya baxımından böyük imkanları vardır ki, bu cür hücumları həyata keçirə bilər. ", - deyə Tarik İbrahim bildirib.

Hərbi ekspert Məhəmməd Abbas isə ərəb mediasına verdiyi açıqlamasında "Fuceyrədə baş verənlər - müharibə baş verəcəyi təqdirdə əsas səbəb kimi göstəriləcək. İsrail və Səudiyyə Ərəbistanının marağındadır ki, ABŞ İrana müharibə elan etsin. Buna görə də, Fuceyrədəki hücumu onlar həyata keçiriblər."

İran tərəfi Fuceyrədə baş verən hücumun araşdırılması üçün Beynəlxalq İctimaiyyətə müraciət edib.



Səudiyyə: İki neft tankerimizə qarşı diversiya hücumu həyata keçirilib - VİDEO, FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Afaq Məsud kimdir?
     25.05.2019
    İlham Əliyevdən Musa Yaqub və Ramiz Rövşənlə bağlı - SƏRƏNCAM
    Prezident Ramiz Rövşən və Musa Yaquba “Xalq şairi” adı verdi
     25.05.2019
    General Aydəmirov: Qarabağda müharibə yetişib, bu an məsələsidir
    "Bu barədə danışan ekspertlər də Azərbaycan ordusunun döyüş hazırlığı səviyyəsini dərk edirlər."
     25.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ