Səud vəliəhdi Məhəmməd bin Salman İmam Məhdidən danışıb

İslamazeri.com-un "Skynews Arabia"ya istinadən verdiyi xəbərə əsasən, Ərəbistanın vəliəhdi İranın gələcək planlarında ittiham edib. İranla Ərəbistan arasında heç bir ortaq mövqeyin olmadığını deyən bin Salman bildirib: "Onlarla necə razılığa gəlmək olar? İranın məntiqi Mehdinin zühuruna hazırlaşmaqdır. Bu da dünyaya nəzarəti ələ keçirməklə mümkündür. İran dövlətinin əsas məqsədi müsəlmanların qibləsini ələ keçirməkdir. Biz, Ərəbistanın müharibə meydanına çevrilməsini gözləməyəcək və İranı döyüş meydanına çevirəcəyik. İranın radikal düşüncəsi onlarla müzakirə etməyə maneədir."
Səud vəliəhdi İmam Məhdidən danışdı