Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Yəmənin Saada əyalətinə endirdiyi aviazərbə nəticəsində 24 dinc sakin ölüb.

İslamazeri.com APA-ya istinadən verdiyi məlumata görə, Faciə şənbə gecəsi baş verib. Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Şada rayonunda El-Maşnak bazarı bombalanıb. Nəticədə 24 nəfər ölüb, 1 nəfər yaralanıb. Bu barədə “Saba” agentliyi məlumat yayıb.
Qeyd edək ki, 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılığı ilə ərəb koalisiyası husilərə hava zərbəsi endirməyə başlayıb. İndiyə qədər 10 min din sakin, o cümlədən 2,4 min uşaq və 2 min qadın həyatını itirib.
Səud rejimi Qədr gecələrində qan tökdü: 24 mülkü vətəndaş aviazərbənin qurbanı...