EURO 1,8816 TRY 0,2946
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ

Kateqoriya : MÜSAHİBƏ

Yayınlanma tarixi:04.05.2019 20:53:36

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Lobelog portalına müsahibə verib

İslamazeri.com xəbər verir ki, gündəmlə bağlı İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Lobelog portalına müsahibə verib. Müsahibəni Lobelog üçün Tehran və Boston universitetində dərs keçmiş, BMT-də sivilizasiyalararası dioloq proqramının məsləhətçisi olmuş Kaveh Afrasiabi alıb.

Müsahibə Zərifin maraqlı açıqlamaları və suala peşakar siyasətçi kimi cavab verməsilə yadda qalıb.

Məhbus dəyişmə məsələsi...

Zərif ABŞ-ın təklif etdiyi məhbusların dəyişdirilməsilə bağlı ABŞ rəsmilərilə əlaqə saxlayıb-saxlanmayacağı sualına "Ötən sentyabr ayında, ABŞ-ın İsveçrə vasitəsilə göndərdiyi təklifinə cavab olaraq hazır olduğumuzu bildirdik, ancaq onlardan indiyə qədər bir cavab ala bilmədik.", -deyə bildirib.

Tramp hökümətindəki ünsür...(islamazeri)

Trampın İrana qarşı addımlarına da toxunan Zərif "Donald Trampın hökümətində müxtəlif embarqolar tətbiq etməklə İranı qarışdırmaq istəyən bir ünsür var. Mənə görə, bu layihələrdən biri də İranı nüvə razılığından çəkilməyə məcbur etməkdir. Fəqət planlarını həyata keçirə bilmələri üçün başqa addımları və pis ssenariləri olduğu da var, - deyə bilərik.", -deyə əlavə edib.

ABŞ-İran müharibəsi...

Zərif sözlərinin başqa hissəsində Səudiyyə, BƏƏ və İsrailin ABŞ-ı İrana qarşı müharibəyə təşviq etməsindən danışıb.

Bu mövzuda müxbirin "Bunlar belə bir hədəfə nail olduğu təqdirdə, İran nə edəcək?", sualına "Ehtimallardan bəhs etmək istəmirəm, ancaq bölgədə düşmənçilik varsa, kiminsə bundan müdafiə olunacağını düşünmürəm.", -deyə cavab verib.

Dost və müttəfiqlər, İraqa tövsiyə...

İranın bölgə siyasətləri haqda danışan İran XİN rəhbəri İranın dost və müttəfiqləri haqda suala cavabında - hazırda Türkiyə başda olmaqla, İraq, Pakistan, Əfqanıstan. Rusiya, Azərbaycan, Ermənistan, Çin və Hindistanın İranın bölgə əməkdaşı olduğunu önə çəkib:

"Orta Asiya bölgəsindəki qonşularla Çin bizim üçün çox önəmlidir. Hindistan da bizim önəm verdiyimiz ölkədir. İran olaraq belə bir əlaqələri Fars Körfəzinə sahilləri olan ölkələrlə də qurmaq istəyirik", -deyən Zərif İraqla bağlı sözlərində "İraqlılar bizim mövqeyimizi yaxşı bilirlər. Həmçinin gözləntilərimizi də bilirlər. İraq müstəqil bir dövlətdir, ancaq iraqlıların aqibətimizin bir-birinə bağlı olduğunu da ağıllarında tutmalarını umuram.", -bildirib. (islamazeri)

Tramp müharibə istəyirmi?

ABŞ-ın İranla müharibə etmək istəyib, istəməməsilə bağlı suala Zərif "ABŞ Prezidenti Tramp bizimlə müharibə etmək istəmədiyini açıqladı. O seçkiöncəsi və sonrası ABŞ müharibələrinin bölgədə fəlakətə səbəb olduğunu demişdi. Mənə görə, Trampın müşavirləri və xarici ölkələrdə ona təsir edən güclər onu təsir altında tutaraq daha çox gərginliyə səbəb olacaq tərəfə sürükləməyə çalışırlar.", -deyə qeyd edib.

Avropa və İran...

"Avropanın 10 faiz öhdəliklərini yerinə yetirdiyinə görə, İranın buna uyğun addım atmalı deyilmi?", -sualına İran XİN başçısı "Avropa öz öhdəliklərinin 10%-indən daha azına əməl edib. Buna görə də Avropa danışmaq yerinə öhdəliklərinə əməl etməlidir. Avropa maliyyəsini dediklərinə tərəf yönəltməlidir. Avropalıların öz öhdəliklərinə sadiq qalmadığı zamana kimi, nüvə anlaşmasının məhv olması ehtimalı mövcuddur." , -deyə cavab verib.

* Lobelog - özünün analiz və təhlillərinə görə "Artur Ross" media mükafatı alan yeganə veb-bloqdur və dünya siyasətçilərinin izlədiyi siyasi saytlardan sayılır.


Səud, BƏƏ və İsrail ABŞ-ı İranla müharibəyə sürükləsə İslam Respublikası nə edəcək? - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Liverpul"un baş məşqçisi Yurgen Klopp "Barselona"dan "Bavariya"ya icarəyə verilən sabiq futbolçusu Filippe Koutinyo haqda danışıb.
     23.08.2019
    Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzindən siyasi və dini liderlərə müraciət
    Qafqaz Müsəlmanları İdarəsi nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb.
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ