EURO 1,8842 TRY 0,2624
USD 1,7 RUB 0,0214
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:26.02.2020 13:08:19

Sarkisyan tərəfdarlarının siyasi sifarişli hesab etdiyi korrupsiya iddiası üzrə məhkəmə qarşısına çıxarılıb.

İslamazeri.com voa-ya istinadən xəbər verir ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan tərəfdarlarının siyasi sifarişli hesab etdiyi korrupsiya iddiası üzrə məhkəmə qarşısına çıxarılıb.

2008-ci ildən bəri iki dəfə ardıcıl olaraq Ermənistan prezidenti vəzifəsini icra edən Sarkisyan 2018-ci ildə istefa vermişdi. Həmin ərəfədə onun baş nazir vəzifəsində qalmaq planı sonradan baş nazir vəzifəsini tutan sabiq jurnalist Nikol Paşinyanın lideri olduğu kütləvi etirazlara səbəb olmuşdu.

"Ümid edirəm ki, Ermənistanda hələ də ədalətin üstün olduğunu düşünən hakimlər var" deyən Serj Sarkisyan onlarla tərəfdarının müşayiəti ilə məhkəmə binasına yollanıb.

"Bütün bu iş Serj Sarkisyanın aktiv siyasi fəaliyyətlə məşğul olmasının qarşısını almaq üçün uydurulub" – deyə, onun vəkili Amram Makinyan France Press xəbər agentliyinə bildirib.

Çərşənbə axşamı dinləmələri əsas etibarilə prosedur məsələlərinə həsr olunub. İş üzrə rəsmi fəaliyyət bir neçə həftə və ya hətta bir neçə aydan sonra başlayacaq.

İstefa verdikdən sonra Sarkisyan uzun müddət arxa planda qalmışdı, amma keçən ildən o, Paşinyanı fəal şəkildə tənqid etməyə başlamışdı.

Ötən ilin dekabrında 65 yaşlı Sarkisyan vəzifəli şəxslərin zənginləşməsinə kömək etdiyi korrupsiya sxemini təşkil etməkdə ittiham edilmişdi. Onun ölkəni tərk etməsinə qadağa qoyulmuşdu. Təqsirli olacağı təsdıqlənərsə, sabiq prezident səkkiz ilədək həbs cəzası ilə üzləşə bilər.


Serj Sarkisyan korrupsiya ittihamı ilə mühakimə olunur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Netanyahunun başınun üstünü
    Netanyahu müşaviri koronavirusa yoluxduğuna görə karantinə alınıb
     30.03.2020
    Azərbaycanda daha 64 nəfərdə koronavirus aşkarlanıb, 11 nəfər sağalıb
    Bu barədə aNazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
     30.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ