1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:06.07.2020 13:52:06

Karantin bitəndən, sərhədlər açılandan sonra hər birimiz ölkə daxilində və ya yaxın xarici ölkəyə getməyi düşünürük.

Az xərcimiz çıxmaqla gedə biləcəyimiz və Azərbaycana ən yaxın ölkə Gürcüstandır.

Büdcəniz azdırsa bir günlük də Tbilisini gəzə bilərsiniz. Otellərin də qiymətləri əvvəlcədən internet üzərindən bron etməklə ucuz başa gələr.

Avtobus, qatar və ya adam başına pulu verilən taksilər

Avtobus karantindən öncə 15-16 manata Bakı Avtovağzalı, Qaraçuxur, Bakıxanovdan rahat avtobuslarla Gürcüstan sərhədinə getmək olar. Avtobuslara Tbilisiyə bilet almısınızsa, ya özləri ya da sizi sərhəddə taksi ilə Gürcüstan paytaxtına yola salacaqlar.

Bakıdan avtobusla çıxdığımız təqdirdə Ortaçala avtovağzalına hər bir halda səhər çatırıq.

Əgər Tbilisini özümüz gəzmək istəyiriksə, deməli yemək və digər yol marşrutunu da özümüz təyin edəcəyik.

Avtovağzalda Türk Lokantaları

Avtovağzala çatdıqda, orada bir neçə Türk Kafeləri mövcuddur. Halallığa önəm verən bu kafe restoranlarda səhər yeməyimizi yeyib, şəhəri gəzə bilərik.

Taksiyə əlavə xərc vermək istəmiriksə, oradan sarı marşrutlarla Meydan deyilən əraziyə gəlirik. Bura turistlərin ən çox maraq saldığı və olduğu yerdir.

Meydanda restoran, kafelərlə yanaşı Tbilisi Cümə məscidi, qədim körpü, hamam və gözəl bağ-park diqqət çəkir.

Burada bir neçə saatımızı sərf edə bilərik.

Tbilisi Cümə məscidi Meydanda bir küçənin yuxarısında yerləşir. Ora gedib, Şərq üslubunda tikilən məscidi ziyarət edə bilərsiniz. Məscidin yanından aşağıdan axan kiçik çay və mənzərə dolu şəlaləyə düşə bilərsiniz.

Burada təmiz hava, şəhərin mərkəzindəki şəlalə diiqqətimizi çəkməyə bilməz.

Məscidin yuxarı tərəfində isə Tbilisinin Botanika Bağına bir neçə lari verməklə daxil oluruq. Geniş botanika bağında siz gözəl təmiz hava, yaşıllıq, böyük ağaclar, nadir bitkiləri görəcəksiniz.

Bir neçə saatı rahat sərf edə biləcəyimiz yerdir bura.

Botanika Bağından sonra aşağı küçəyə məscidin yanından gedən yolla düşə bilərik. Buradan körpünü keçib körpüdən dağa gedən kanatla yola düşə bilərsiniz. Bu dağdan Tbilisinin ümumi görüntüsünü izləyə biləcək, rahat şəkildə fotolar çəkdirmək imkanınız olacaqdır.

Təbii günorta yeməyini Meydanda olan Türk restoranları və ya xaçapuri satan kafelərdə edə bilərsiniz. Lakin daha rahat dincəlmək istəyirsinizsə, taksi və ya avtobusla Marcanaşvili adlanan ərazidəki əla səviyyəli Türk restoranlarını, Dəmiryolu Vağzalına yaxın  Azərbaycan – Türk restoranına gedə bilərsiniz.

Tbilisidə teleqüllə olan parka, “Lis” gölü, Müctehidlər parkına, zooparka, Mtsminda parkına da gedib gözəl mənzərələrə şahid ola bilərsiniz.

Əlbəttə ki, Gürcüstanda təkcə Tbilisi gəzməli-görməli şəhər deyil. Tbilisiyə yaxın Mtsxeta, Qori, bir az aralı Borjomi, Bakuriani, Batumi, Svani, Kutaisi və s. şəhərlərdə gözəl mənzərəyə şahid olarsınız.

Az.shafaqna.com olaraq bu qısa yazı ilə, sizə karantindən sonra səfər haqqında düşünmənizə kiçik yardım etmək, pozitiv enerji vermək qərarına gəldik.

Sizə cansağlığı, xoş günlər, istirahət və səfərlər arzu edirik!

Bütün fotolar

Video


Sərhədlər açılandan sonra az xərclə gedə biləcəyimiz ölkə - FOTO, VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan sərhədini qeyri-qanuni keçən əcnəbilər saxlanılıb - VİDEO
    Onlar 4-5 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.
     14.08.2020
    Ərəb Əmirliyi İsraillə əlaqələri rəsmi olaraq normallaşdırdı - İLK REAKSİYALAR
    Razılaşma sənədində İsrail və BƏƏ arasında münasibətlərin bərpa ediləcəyi qeyd edilir.
     14.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ