1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:16.08.2019 20:59:08

İstirahət günlərinə olan hava proqnozu açıqlanıb.

İstirahət günlərinə olan hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi, lakin avqustun 17-də səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. 

Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 22-27 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsində havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək. 

Aran rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək. Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 34-39 dərəcə isti təşkil edəcək. 

ETSN paytaxt qonaqlarının isə nəzərinə çatdırır ki, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.


Şənbə və Bazar hava necə olacaq? - PROQNOZ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Şəhristanilə danışdım, müalicə kursu uğurla sona çatıb
    Bunu “Alulbayt Gürcüstan”ın rəhbəri, Ayətullah Şəhristaninin Gürcüstan nümayəndəsi Hacı Faiq Nəbiyev bildirib.
     07.07.2020
    Məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir
    Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində bildirib.
     06.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ