1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:19.08.2019 11:46:12

Şəmkirin Sarıtəpə kəndində ailə münaqişəsi zəminində, ərin bazar günü həyat yoldaşının ata evini yandırması nəticəsində öncə övladı, həyat yoldaşı isə sonradan xəstəxanada vəfat edib.

Şəmkirin Sarıtəpə kəndində ailə münaqişəsi zəminində, ərin bazar günü həyat yoldaşının ata evini yandırması nəticəsində öncə övladı, həyat yoldaşı isə sonradan xəstəxanada vəfat edib.

Səhiyyə Nazirliyindən BBC News Azərbaycancaya bildiriblər ki, "bədəninin 80 faizi yandığı üçün qadını xilas etmək mümkün olmayıb".

"Əlli dörd yaşlı qaynananın vəziyyəti isə ümidsizdir. Bədəninin 60 faizi yanıb. Nəfəs yolları zədələnib. Onlar ev yanarkən yatmış vəziyyətdə olduqları üçün evdən tez çıxa bilməyiblər", qurumdan deyiblər.

Yanğın baş verərkən evdə kişinin 24 yaşlı həyat yoldaşı, 2 yaşlı oğlu və 54 yaşlı qaynanası olub. İki yaşlı uşaq aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

"Hadisəni törətmiş Elmar Sadıqov şübhəli şəxs qismində saxlanılaraq dindirilib və o, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib", - Baş Prokurorluğun mətbuat xidmətindən BBC News Azərbaycancaya bildiriblər.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatına əsasən, bu hadisəylə bağlı aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini 1986-cı il təvəllüdlü Elmar Sadıqov "tutularaq istintaqa cəlb olunub".

Rəsmi məlumatda deyilir ki, aparılmış istintaq nəticəsində Elmar Sadıqovun "avqustun 18-də gecə saat 3 radələrində qayınatası İ.Məsimovun evinə daxil olaraq ailədaxili narazılıqlarla bağlı müvəqqəti olaraq ondan ayrılaraq yaşayan 1995-ci il təvəllüdlü həyat yoldaşı Mətanət Məsimovanı öldürmək məqsədilə özü ilə gətirdiyi benzini yatmış halda olan qayınanası 1964-cü il təvəllüdlü Səltənət Məmmədovanın və Mətanət Məsimovanın üzərinə, eləcə də evin içərisinə tökərək yandırmasına, nəticədə həmin vaxt evdə olan Elmar Sadıqovun yatmış azyaşlı oğlu 2017-ci il təvəllüdlü Nicat Sadıqovun ölməsinə, Mətanət Məsimovanın və Səltənət Məmmədovanın isə müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmələrinə səbəb olmasına kifayət qədər əsaslı şübhələr müəyyən edilib".

Həmin məlumata görə, faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, iş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

54 yaşlı qaynana və onun 24 yaşlı qızı kritik vəziyyətdə Şəmkir Mərkəzi Rayon xəstəxanasına çatdırılıblar.

Yaralıların vəziyyətini nəzərə alan həkimlər ilkin yardımdan sonra ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi üçün onları paytaxta köçürmək qərarına gəliblər.

Ağır vəziyyətdə olan yaralılar xüsusi avadanlıqlarla təchiz edilmiş təcili yardım avtomobili ilə Bakıdakı 5 saylı xəstəxananın yanıq şöbəsinə gətiriliblər.

Xəstələrə müvafiq tibbi yardım göstərilməsi üçün 5 saylı xəstəxananın yanıq şöbəsinə mütəxəssislər dəvət edilib.

Yaralıların müalicəsini Səhiyyə Nazirliyi nəzarətə götürub.


Şəmkirin Sarıtəpə kəndindəki yanğında ana ölüb, nənə ağır vəziyyətdədir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan mədəniyyətinə ağır itki, məşhur sima VƏFAT ETDİ
    Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
     14.09.2019
    Vasif Talıbov öz özünü yeni vəzifəyə təyin etdi
    Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalanıb.
     14.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ