EURO 1,8999 NEFT 47,18
USD 1,7022 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:12.01.2017 09:09:08

H3N2 virusu təhlükəli ola bilər.

Ötən ilin oktyabr ayından indiyədək Səhiyyə Nazirliyi (SN) Respublika Taun Əleyhinə Stansiyaya (RTƏS) kəskin respirator viruslara yoluxmalara görə laborator müayinələrin aparılması üçün 265 nümunə daxil olub.

Bunu Trend-ə RTƏS-in Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova deyib.

Onun sözlərinə görə, bu nümunələrin müayinəsi nəticəsində 2 nəfərdə A qripinin H3N2 virusu, 5 nəfərdə paraqrip, 6 nəfərdə Adena virus, digərlərində isə kəskin respirator virus infeksiyaları aşkarlanıb.

R.İsmayılova qeyd edib ki, H3N2 virusunun aşkarlandığı 2 nəfər son 1 ay ərzində ölkədən kənara çıxmayb: “Yəni bu, onlar tərəfindən gətirilmə virus deyil. Onlar elə Azərbaycanda olarkən bu virusa yoluxublar. H3N2 virusuna yoluxan şəxslər xəstəliklərini çox yüngül keçirdiklərindən onları heç stasionar müəssisəyə də yerləşdirməmişik. Həmin şəxslər artıq sağalıblar”.

R.İsmayılova H3N2 virusunun mövsümi qrip olduğunu və onun daha yüngül klinik əlamətlərlə müşahidə edildiyini də söyləyib. Onun sözlərinə görə, bu virusa yoluxma zamanı xəstədə hərarət, başağrısı, boğaz ağrısı müşahidə edilir. Qrip hesab olunmayan və qripə bənzər əlamətləri olan paraqrip və Adena virusa yoluxma zamanı da soyuqlama əlamətləri - yüksək hərarət, başağrısı, öskürək, boğaz ağrısı müşahidə edilir. Amma bu xəstəliklərdən ağırlaşmalar olmur. Biz müayinələr zamanı gördük ki, H3N2-yə yoluxanların vəziyyəti paraqrip və adena virusa yoluxanlarla müqayisədə daha yüngüldür”.

R.İsmayılova əlavə edib ki, indiyədək sadalanan viruslar aşkarlanan xəstələrin heç birində ağırlaşma olmayıb, onların hamısı sağalıb.

Stansiya rəsmisinin sözlərinə görə, paraqrip, Adena virus və H3N2 viruslarından hansının insan orqanizmi üçün daha təhlükəli olması barədə fikir yürütmək olmaz:

“Çünki bu xəstəliklərin necə keçməsi insanın özünün immunitetindən, gigiyenik qaydalara, yataq rejiminə əməl etməsindən asılıdır. Əgər insan yataq rejimində olmursa, özünü soyuğa verirsə, lazım olan həcmdə maye qəbul etmirsə, əllərini tez-tez sabunla yumursa, onda ağırlaşmalar baş verə bilər. Ona görə də demək mümkün deyil ki, bunlardan hansı daha ağır keçir. Bu, fərdi məsələdir”.


Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qəzzada İŞİD terrorçuları varmı? - HƏMAS cavab verdi...
    HƏMAS İsrailin Qəzzaya hücumları barədə bəyanat yayıb.
     28.06.2017
    Qəbir daşlarının üzərini oxumaq yaddaş zəifliyinə səbəb olurmu?
    Keçmiş adət-ənənələrdən bu günə kimi davam edən "Qəbir daşılarının üzərinə yazılan adam adlarını oxumaq yaddaşı zəiflədir" deyimi nə dərəcədə həqiqətdir?
     28.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ