EURO 2,007 NEFT 62,73
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:02.10.2017 09:21:54

Azərbaycanda Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyası başa çatıb.

Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya bildirib ki, Aşura günü keçirilmiş qanvermə aksiyasında 3827 nəfər qan verib.

O qeyd edib ki, qanvermə aksiyası nəticəsində 1722,3 litr qan toplanıb.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə qanvermə aksiyası ümumilikdə Bakıda və regionlarda 17 məscid və ziyarətgahı əhatə edib.

Bura Təzə Pir məscidi, Hacı Soltanəli məscidi, Bibiheybət ziyarətgah məscidi, İçərişəhər Cümə məscidi, Qaraçuxur məscidi, Mirmövsüm Ağa ziyarətgah məscidi, Nizami rayon Keşlə qəsəbə məscidi, Sumqayıt şəhəri Cümə məscidi, Gəncə şəhəri İmamzadə ziyarətgah məscidi, Mingəçevir şəhər Heydər məscidi, Şəki şəhəri mərkəzi Cümə məscidi, Lənkəran şəhəri Böyükbazar Cümə məscidi, Bərdə şəhəri Cümə məscidi, Nəsimi rayonu Əjdərbəy məscidi, Sabunçu rayonu Rəhimə xanım ziyarətgah məscidi, Göyçay rayonu Əbülfəzlil Abbas məscidi, Quba rayonu Ərdəbil məscidi daxildir.


Səhiyyə Nazirliyi: Aşura günü 1722 litr qan toplandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Humanitar təşkilat: Aclıq və xəstəlik səbəbilə Yəməndə hər gün 130 uşaq ölür
    Səudiyyə Ərəbistanının tətbiq etdiyi blokada Yəməndə humanitat böhranı şiddətləndirib.
     17.11.2017
    Cübran Bassil: Bəzi qüvvələr Livan-Rusiya qaz müqaviləsini pozmağa çalışır
    Livanın XİN rəhbəri Rusiyadan regionda güc balansını təmin etməyi xahiş edib.
     17.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ