EURO 1,9163 TRY 0,2477
USD 1,7 RUB 0,024
  1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:04.06.2018 17:24:21

Ramazan ayını yaşayırıq. Oruc tutanlar bilir ki, ən gözəl iftar ailə ilə birlikdə, bir süfrə başında toplaşmaqdır. Adətən ailənin başçıları uşaqları süfrə başına toplayaraq onlara “siz də iftar açın” deyərək ülvi hisslər oyandırmağa çalışır. Amma…

Ramazan ayını yaşayırıq. Oruc tutanlar bilir ki, ən gözəl iftar ailə ilə birlikdə, bir süfrə başında toplaşmaqdır. Adətən ailənin başçıları uşaqları süfrə başına toplayaraq onlara “siz də iftar açın” deyərək ülvi hisslər oyandırmağa çalışır. Amma…

Elə ailələr də var ki, bu gün onların başçıları cismən yanlarında deyil. Bəs onlar iftara oturanda necə?
Şəhidlər ölmürlər. Onlar daim bizimlədir. Odur ki, hər şəhid elə iftar vaxtı yenə süfrəsinin başında olur. Ailəsini ətrafına topayır. Onlarla birgə iftar edir.

Ölməzlik nümunəsi olan şəhidlərimizin ailələrini hər zaman diqqət mərkəzində saxlamaq, onların balalarını öz övladlarımız kimi mənəvi borcumuzdur. Çünki o övladların ataları, o xanımın həyat yoldaşı bizim rifahımız, balalarımızın azad və firavan yaşaması üçün canını qurban verib. Şəhadət məqamına ucalıb.

Yəqin ki, bu ayda çoxlarımız yardımlaşmağı, insanlara kömək etməyi düşünürük. Ən əvvəl düşünməli olduğumuz fikrimcə şəhidlərimizin ailələri olmalıdır. Ona görə yox ki, imkansızdırlar, kasıbdırlar və.s.

Şəhid ailələri var ki, kifayət qədər imkanı da var şəraiti də. Burada məsələ madiyyatdan çıxır. Onların istəyi diqqətdir. Qapını açıb halını soruşmaqdır. İçəri girəndə şəhid balasına bir konfet uzatmaq, başına sığal çəkməkdir.

Görəsən hər gün müxtəlif restoranlarda, kütləvi iftarlarda, dəvətlərdə olanda bir dəfə də şəhid ailəsi ilə iftar etməyi düşünürükmü?

Bəlkə də çoxları elə düşünər ki, bu şəhid ailəsinə qayğı üçün lazımdır. Bəli bu da var. Amma işin əslində bu iş bizim özümümzə lazımdır.

Şəhid ailəsinin zirvələrdə olan başçısı onsuz da hər gün onların yanındadır, bir süfrədən çörək yeyir.

Orxan Əli / Mübarizim.com


Şəhid evində İFTAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiyada ildırım daha bir kilsəni yandırdı -Yanma anının videosu
    Yanğının söndürülməsi prosesinə 14 insan və 5 ədəd texnika cəlb edilib.
     10.07.2020
     The National Interest: İran bu alətlərlə ABŞ-a meydan oxuyur
    Bu haqda Zakari Kek öz məqaləsində yazıb.
     10.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ