EURO 1,9398 NEFT 61,09
USD 1,7 RUB 0,0254
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:11.08.2018 12:00:09

Bu gün Bakı metrosunda sərnişinlər çaşqınlıq yaşayıblar.

Bu gün Bakı metrosunda sərnişinlər çaşqınlıq yaşayıblar.

Bu barədə hadisə şahidləri bildiriblər. Verilən məlumata görə, metronun “Həzi Aslanov” xəttindən qatarlar ancaq “Dərnəgül” istiqamətinə hərəkət edib.

“Səhər saat 7 və 8 radələrində metronun “Həzi Aslanov” xətti istiqamətindən təkcə “Dərnəgül” istiqamətinə hərəkət var. “İçərişəhər” istiqamətinə qatar işləmir. Artıq 5-6 qatar buraxmışıq. Hamısı “Dərnəgül”ə gedir”, - deyə bildiriblər.

Məsələ ilə bağlı Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "baku.ws"-ə açıqlamasında bildirdi ki, bu qatarların hərəkətinin tənzimlənməsilə əlaqədardır.

"Səhər saatlarında “Həzi Aslanov” stansiyası istiqamətindən təkcə “Dərnəgül” istiqamətinə qatarlar gedir. “İçərişəhər” stansiyasına getmək istəyənlər isə “Nərimanov” stansiyasında düşməlidirlər. “Bakmil” stansiyasından gələn qatarlar “İçərişəhər”ə hərəkət edir. Sonrakı saatlarda isə bu qrafik tənzimlənir", - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, yay qrafiki ilə əlaqədar bu problem davam edəcək.


Səhər saatlarında Bakı metrosunda çaşqınlıq - NƏ BAŞ VERİR? - FOTO-VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sturuktur islahatları davam edir: Prezident yeni qurumlar yaratdı - SƏRƏNCAM
    Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
     17.01.2019
    Press TV-nin müsəlman xanım jurnalisti ABŞ-da saxlanılıb
    Xanım Haşimi heç bir konkret cinayətdə ittiham edilmədən həbsdə saxlanılır.
     17.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ